Azərbaycan Turizm Sammiti 2019

0
  • “Azərbaycan Turizm Sammiti 2019” (ATS 2019) Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosu tərəfindən turizm sənayesində son tendensiyaları, o cümlədən Azərbaycan daxili və Azərbaycana səfərlərin marketinq və təbliğatı məsələlərini müzakirə etmək məqsədilə tərəfdaşlar üçün yaradılmış korporativ platformadır.

    Sammit dövlət və özəl sektorun Azərbaycanın turizm istiqaməti kimi inkişafında iştirakını təşviq etmək üçün inklüziv, interaktiv və nəticələrə yönəlmiş imkanlar təqdim edir.

    Sammitin əsas məqsədləri:

    • Azərbaycanın yeni turizm brendi “Bir Daha Bax” konsepsiyasının hazırlanmasında iştirak edən komandanın turizm sənayesində çalışan mütəxəssislərə təqdim edilməsi;
    • Dövlət və özəl sektor nümayəndələrinin turizmlə bağlı məsələləri ünvanlandırmaları üçün platformanın təmin edilməsi;
    • Azərbaycanın təbliğatı üçün marketinq şəbəkələşməsi və imkanlarının genişləndirilməsi və turizm sənayesi daxilində resursların cəmləşdirilməsi ilə qarşılıqlı əlaqələrin yaradılması;
    • Ötən il ərzində görülən işlərin icmalı və gələcək illər üçün nəzərdə tutulan işlərə baxış.

    Bu il ATS 2019-da milli turizm sənayesinin bütün sahələrini təmsil edən iş adamları və hökumət sektorununun nümayəndələri bir araya gələcək. Tədbir zamanı milli turizm sənayesinin aparıcı iştirakçıları yerli, həmçinin ölkəyə gələn xarici turistlərin səfərlərinin təkmilləşdirilməsi, bu sahədə yeniliklər və qarşıda duran maneələri müzakirə etməklə yanaşı, marketinq və təbliğat fəaliyyəti ilə bağlı həll yolları irəli sürəcəklər.

    ATS 2019-un əsas məqsədlərindən biri sənayenin ən son tendensiyaları ətrafında fikir mübadiləsini stimullaşdırmaq, Azərbaycanda turizm sahəsi üzrə sahibkarlıq fəaliyyətinin və innovasiyaların tətbiqi ilə bağlı müzakirələrə təkan verməkdir.

    ATS 2019 turizm sənayesinin nümayəndələri, turizm assosiasiyaları, tələbələr və digər turizm peşakarları üçün açıq bir tədbirdir.

    BAKI KONQRES MƏRKƏZİ

    Təbriz küç. 130, Bakı, Azərbaycan

  • TƏDBİR HAQQINDA
  • Tədbirdə iştirak odənişsizdir!
    Xahiş olunur qeydiyyat zamanı bütün xanaları düzgün məlumatları qeyd edəsiniz, əks halda tədbirdə
    iştirakınızda çətinliklər yarana bilər.
    Qeydiyyat zamanı parallel sessiyalara qeydiyyatdan keçməyininz zəruridir. Sessiyalarda iştirak
    məhduddur.
    Sessiyalar haqqında qısa məlumat (əlavə məlumat üçün http://www.turizmsammiti.az veb səhifəsinə daxil
    olun)Sessiya 1: Azərbaycanın yeni turizm konsepsiyasına uyğun olaraq səyahət təcrübəsinin yaradılması
    Kimlər iştirak edə bilər: Turizm agentlikləri və tur operatorlar
    Saat: 14:00-15:30
    Otaq: B3+B4
    Qeydiyyat limiti: 100 nəfər
    Moderatorlar: Mark Elliott – Səyahət və turizm yazarı
    Səkinə Əsgərova – ATB-nin Sənaye Birlikləri üzrə MeneceriSessiya 2: Dövlət və özəl sektorlara dəstək: yerli turizm sənayesinin stimullaşdırılması
    Kimlər iştirak edə bilər: dövlət orqanları, turizm müəssisələri
    Saat: 14:00-15:30
    Otaq: Auditoriya Parteri
    Qeydiyyat limiti: 1000 nəfər
    Moderator: Vüqar Bayramov – İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri, iqtisadçı ekspert
    Natiqlər:
    1 Məhəmməd Muradov – DTA-nın Strategiya və Siyasət üzrə şöbə müdiri
    2 Elgün Cavadov – DTA-nın Regional turizm və qoruqların inkişafı üzrə sektor müdiri

    Sessiya 3: Azərbaycanda qonaqpərvərlik sektorunun ən yaxşı təcrübələri və HOTREC üzvlüyünün
    üstünlükləri
    Kimlər iştirak edə bilər: Hotel və qonaqpərvərlik sahəsinin mütəxəssisləri və nümayəndələri
    Saat: 14:00-15:30
    Otaq: A6
    Qeydiyyat limiti: 200 nəfər
    Moderator: Günay Sağlam – Azərbaycan Hotel Assosiasiyasının Direktoru
    Natiqlər:
    1. Ülviyyə Talışınskaya – “Four Seasons Hotel Baku” hotelinin Marketinq direktoru
    2. Max Venturelli – “JW Marriott Baku” hotelinin Baş meneceri
    3. Nəcəf Bədəlov – “Marxal Resort Sheki” hotelinin Baş meneceri

    Sessiya 4: Turizmdə rəqəmsal faəliyyət və marketinq təcrübələri
    Kimlər iştirak edə bilər: Turizm sənayesinin maraqlı tərəfləri, startaplar, sahibkarlar və turizm üzrə təhsil
    alan tələbələr
    Saat: 16:00-17:30
    Otaq: A6
    Qeydiyyat limiti: 200 nəfər
    Natiqlər: “Scalista” şirkətinin mütəxəssiləri Daniel Arroyave, Andrew Reinhart və Peter Balla

    Sessiya 5: Turizmdən artıq: İşgüzar tədbirlər sənayesi destinasiyanın inkişafı üçün aparıcı amil kimi
    Kimlər iştirak edə bilər: İşgüzar tədbirlər və turizm sənayesini yerli, regional və milli səviyyədə təmsil edən
    dövlət və özəl sektor nümayəndələri
    Saat: 16:00-17:30
    Otaq: B3+B4
    Qeydiyyat limiti: 100 nəfər
    Moderator: Ivo Franschitz – ENITED Business Events şirkətinin direktoru, İşgüzar tədbirlər üzrə ekspert
    Natiqlər:
    1. Sevda Əliyeva – Azərbaycan Konqreslər Bürosunun Direktoru
    2. Henrik von Arnold – ENITED Business Events şirkətində baş məsləhətçi

    Sessiya 6: Turizm üzrə statistikanın, tədqiqatların və təhsilin Azərbaycanda turizm sənayesinə faydası
    Kimlər iştirak edə bilər: Turizm üzrə təhsil alan tələbələr, tədqiqatçılar və turizm müəssisələri
    Saat: 16:00-17:30
    Otaq: Auditoriya Parteri
    Qeydiyyat limiti: 1000 nəfər
    Moderator: Hüseyn Həsənov – Təhsil və təlimlər üzrə sektor müdiri
    Natiqlər: 1
    Nicat Abbaslı – DTA-nın Statistika və araşdırmalar üzrə sektor müdiri

    Tədbirin proqramı
    09:00-10:00 – Qeydiyyat
    10:00-10:15 – Açılış mərasimi
    10:15-11:15 – Panel diskussiya: Texnologiya və innovasiyaların yerli turizmin inkişafı üçün yaratdığı fürsətlər
    11:15-12:00 – 2018 – 2019-cu illərin illərin icmalı (DTA, ATB, AHA, ATAA, ATBA)
    12:00-12:15 – 2020-ci ilə baxış və bağlanış mərasimi
    12:15-13:00 – Sual/Cavab sesssiyası
    13:00-14:00 – Nahar fasiləsi
    14:00-15:30 – Günorta sessiyaları. Bölüm 1
    Sessiya 1: Azərbaycanın yeni turizm konsepsiyasına uyğun olaraq səyahət təcrübəsinin yaradılması
    Sessiya 2: Dövlət və özəl sektorlara dəstək: yerli turizm sənayesinin stimullaşdırılması
    Sessiya 3: Azərbaycanda qonaqpərvərlik sektorunun ən yaxşı təcrübələri və HOTREC üzvlüyünün üstünlükləri
    15:30-16:00 – Fasilə
    16:00-17:30 – Günorta sessiyaları. Bölüm 2
    Sessiya 4: Turizmdə rəqəmsal faəliyyət və marketinq təcrübələri
    Sessiya 5: Turizmdən artıq: İşgüzar tədbirlər sənayesi destinasiyanın inkişafı üçün aparıcı amil kimi
    Sessiya 6: Turizm üzrə statistikanın, tədqiqatların və təhsilin Azərbaycanda turizm sənayesinə faydası

  • Qeydiyyat yeri

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin