İnzibati, Qrafik Dizayn, Hüquq, Müştəri Xidmətləri sahələri üzrə Təcrübə Proqramı

0

İnzibati, Qrafik Dizayn, Hüquq, Müştəri Xidmətləri sahələri üzrə Təcrübə Proqramı

Avirtel şirkəti özünə güvənən, davamlı fərdi inkişaf və bərabər imkanlar mühitində müvafiq sahələrdə biliklərə yiyələnmək istəyən tələbə və gənclərə təcrübə keçmək imkanı təklif edir. Öz potensialınızı reallaşdırmaq, daim öyrənmək və bildiklərinizi tətbiq etmək, bizim dolğun kollektivə qoşulmaq istəyirsinizsə, sizi bu imkandan faydalanmağa çağırırıq. Təcrübəçi kimi fəaliyyət göstərmək istəyən gənclər şirkətimizdə 3 ay müddətində təcrübə keçmək imkanı qazanacaqlar.

Tələblər:
• Müvafiq sahə üzrə natamam ali və ya ali təhsil
• MS Office kompüter proqramlarından sərbəst istifadə bacarığı
• Azərbaycan dilində səlis danışıq və yazı qabiliyyəti (rus və ingilis dili arzuolunandı)
• Səlis nitq qabiliyyəti və ünsiyyət qurmaq bacarığı
• Komanda ilə işləməyi bacaran, operativ
• Problemləri həll etmək qabiliyyəti
• Məsuliyyətli,ünsiyyətçil,çalışqan.

Vəzifə öhdəlikləri:

İnzibati Asistent
• Daxil olan zənglərin və elektron ünvana gələn məktubların, sorğuların vaxtında cavablandırılması və yönləndirilməsi
• Qonaqların qarşılanması və yönləndirilməsi
• Rəhbərliyin tapşırıqlarının vaxtında və düzgün yerinə yetirilməsi

Qrafik dizayner
• Çap materialları üçün qrafik dizayn işlərinin icrası
• Sosial Media hesabları üçün posterlərin hazırlanması
• Qrafik video və GIFlərin hazırlanması
• Vebsayt dizaynların hazırlanması

Əsas tələblər:
– Adobe Creative Suite (CS) proqramları, xüsusilə Adobe Photoshop, Adobe İllustrator (baza biliklər) ilə işləmə bacarığı,
– İndesign və ümumi vebsayt dizayn bilikləri üstünlükdür.
– Bir neçə tapşırığı idarə etmək bacarığı (multitasking)
– Portfolio və ya bir neçə işin olması üstünlükdür

Hüquqşünas
• Müqavilələrin tərtib edilməsi, onlara əlavə və dəyişikliklər olunmasında öz təkliflərini irəli sürmək
• Dövlət orqanlarına və şirkətin əməkdaşlıq etdiyi təşkilatlara məktubların göndərilməsi
• Müxtəlif hüquqi sənədlərin hazırlanmasında iştirak
• Hüquqi araşdırma nəticələrinə dair şifahi və yazılı təqdimat
• Şirkətin fəaliyyəti üzrə digər hüquqi xidmətlərin göstərilməsi

Müştəri xidmətləri üzrə operator
• Müştərilər tərəfindən gələn müraciətləri qəbul etmək və sualları cavablandırmaq
• Şirkətin yeni xidmət və məhsulları barədə müştərilərə məlumatlar vermək
• Müştərilərin təklif və iradlarını qəbul edərək müvafiq şöbəyə və şəxslərə yönləndirmək

Təcrübə müddətini uğurla keçmiş təcrübəçilər Şirkətdə işlə təmin olunacaqlar.
Təcrübə proqramına qoşulmaq istəyənlərdən [email protected] ünvanına CV formalarını göndərərkən mövzu yerində aidiyyatı sahəni qeyd etmələri xahiş olunur.

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin