Qorxu – Depressiyaya, Tənhalığa Yoxsa İnkişafa Təkan Kimi

0

Əziz dostlar!

“Özümüzlə üz-üzə” fəlsəfi-psixoloji məsləhətləşmələr proqramı, praktiki seminar formatında geri dönür!

ABŞ məzunlari ilə iş çərçivəsində keçirilən “Özümüzlə üz-üzə” fəlsəfi-psixoloji məsləhətləşmələr proqramının baş tutacaq növbəti praktiki seminarının mövzusu “Qorxu – Depressiyaya, tənhaliğa yoxsa inkişafa təkan kimi” olacaq.

“Özümüzlə üz-üzə” fəlsəfi-psixoloji məsləhətləşmələr proqramı Azərbaycanda və post-sovet ölkələrində hələ geniş yayılmayan Fəlsəfi Terapiya istiqamətində aparılan maarifləndirici proqramdır.

Proqramın aparıcıları:

Elmir Əkbər – Psixoterapevt, Psixoanalitik, V. M. Bexterev adına Psixonevroloji Araşdırmalar İnstitutunun məzunu və Azərbaycanda nümayəndəsi və koordinatoru, ABŞ Dövlət Departamentinin IVLP (International Visitor Leadership Program ) proqramının, Vyana (Avstriya) Psixoterapiya və Moskva Psixoanaliz İnstitutlarının məzunu

Prof. Dr. Könül Bünyadzadə – AMEA-nın müxbir üzvü, Fəlsəfə İnstitutunun şöbə müdiri

Tədbir hər kəs üçün açıq və iştirak ödənişsizdir!

İştirak üçün zəhmət olmasa aşağıdakı linkə daxil olaraq qeydiyyatdan keçin!

https://forms.gle/m9sXzk2wZsdUnG2J8

🗓 14 Noyabr 2019
🕠 17:00
📍 R. Behbudov, 134, Azərbaycan Dillər Universiteti, 1-ci mərtəbə, Bakı Amerika Mərkəzi
☎️ (012) 441 36 80 / 441 22 79 (daxili – 124)
📧 [email protected]

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin