Bizimlə OL layihəsi çərçivəsində Mentorluq Proqramı

0

“Bizimlə OL” layihəsi Amerika Birləşmiş Ştatlarının (ABŞ) Azərbaycandakı Səfirliyinin təşəbbüsü və maliyyə dəstəyi ilə inkluziv inkişaf və yerli icmaların bacarıqlarının artırılması məqsədi ilə “İcma Quruculuğu Təşəbbüsləri” proqramı çərçivəsində həyata keçirilir. Layihənin əsas məqsədi əlliliyi olan gənclərin cəmiyyətdə iştirakçılığının artırılmasını, tipik gənclər və əlliliyi olan gənclər arasında sosial inklüzivliyin təmin olunmasını, onların daxili potensialını üzə çıxarılmasını və onların gücləndirilməsini təmin etməkdir. Məhz bu məqsədlərə çatmaq üçün layihə çərçivəsində “Mentorluq Proqram”nın həyata keçirilməsi nəzərdə tutulub. Proqram 6 ay müddətində Bərdə, Mingəçevir, Ağdam, Tərtər və Beyləqanda həyata keçiriləcək.

“Bizimlə OL” layihəsi çərçivəsində həyata keçirilən “Mentorluq Proqramı”na müraciət etmək üçün aşağıdakı kriteriyalar tələb olunur:
– Əvvəllər təlimçilik, moderatorluq, və ya mentorluq təcrübəsinin olması;
– Təlim müddətində sessiyalara fasilitasiya və ko-fasilitatiya etməyə həvəsli olmaq;
– Əlliyi olan gənclərlə işləməyə həvəsli olmaq;
– Sosial inkluzivlik və sosial teatr mövzusunda baza məlumatın olması;

Müraciət etmək üçün aşağıdakı formasını doldurmağınız xahiş olunur.

https://forms.gle/4wdk7pVR1zrXMzU79

Son müraciət tarixi: 22 noyabr 2019-cu il Saat 00:00

Ətraflı məlumat və sullarınızla bağlı əlaqələndirici şəxs Aliyə Məmmədhəsənzadə ilə (+994-50)-341-85-04 nömrəsi vasitəsi ilə və [email protected] e-poçt ünvanı ilə əlaqə saxlaya bilərsiz.

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin