“Səsini Ötür ” – Müraciət Elanı

0

Əziz gənclər, sizi “Səsini ötür” yeni təlim proqramına müraciət etməyə dəvət edirik.

Avrasiya Əməkdaşlıq Fondunun (AƏF) Avropa İttifaqının “Bacarıqların Artırılması və Vətəndaşların İştirakı ilə Sülh Quruculuğu” (PeaCE) layihəsi çərçivəsində, Böyük Britaniyanın Konflikt, Sabitlik və Təhlükəsizlik Fondu tərəfindən birgə maliyyələşdirilən “Səsini videoyla ötür” layihəsi noyabr və dekabr ayları ərzində həyata keçiriləcəkdir.

Layihə müddəti ərzində həyata keçiriləcək fəaliyyətlər:
– “Münaqişələrin həlli və transformasiyası”haqqında təlimlərin keçirilməsi və beləliklə iştirakçıların mövzu haqqında ilkin, nəzəri biliklərə yiyəyləndirilməsi;
– “Dağlıq Qarabağ münaqişəsinə tarixi baxış”, “Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin mümkün həll variantları” mövzularında keçiriləcək təlimlər nəticəsində iştirakçılarda bu mövzular üzrə bilik və bacarıqların təkmilləşdirilməsi;
– İştirakçılara ilkin video bacarıqların öyrədilməsi;
– “Ssenari qurulması” təlimlər paketini başa vuraraq, video çarxların hazırlanması üzərində tapşırıqlar verərək, iştirakçılara praktiki bacarıqların ötürülməsi;
– Layihə yekununda hazırlanacaq sosial çarxın nümayişi.

Sonda təlimi başa vurmuş şəxslər Münaqişələrin transformasiyası mövzusunda sosial çarx videolarının hazırlanması prosesinə cəlb olunacaqlar. Video çarxların hazırlanması dönəmində iştirakçılara lazımi texniki dəstək göstəriləcəkdir.
Təlim proqramında iştirak etmək istəyən şəxslər aşağıda qeyd olunan müraciət formunu dolduraraq bizə göndərməlidirlər:
:https://docs.google.com/forms/d/e/1FAIpQLSfNeM0d7KTZlWTRArN79VH5zasoarcVCjh4_I4ycAb_J5f-RA/viewform?vc=0&c=0&w=1
Son müraciət tarixi: 15 Noyabr 2019

Qeyd edək ki, müsahibə mərhələsi qeydiyyat müddəti ərzində paralel olaraq baş tutacaqdır və yekunda yalnız 25 nəfər iştirakçı seçiləcəkdir və yalnız layihədə iştirak edəcək və uğurla başa vuran şəxslər sertifikatlarla təltif ediləcəklər. Layihədə iştirak etmək ödənişsizdir .

Təlim və video kadrların çəkilişi müddəti ərzində çay fasiləsi və nahar xərcləri tərəfimizdən tam şəkildə qarşılanacaqdır.
Layihə ilə bağlı suallarınız yaranarsa [email protected] ilə əlaqə saxlaya bilərsiniz. 

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin