Bakıda köçkün məktəbliləri üçün İKT dərnəkləri layihəsinə yekun vuruldu

0
Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Təhsildə inkişaf və innovasiyalar üzrə III
qrant müsabiqəsi”ndə qalib olmuş Ağdam rayon 38 saylı tam orta məktəbinin
“Məktəblilər üçün İKT dərnəkləri” layihəsinə yekun vurulmuşdur.
Layihənin məqsədi şagirdlərin biliyini təkmilləşdirmək və onları kompüterdə və kompüter
olmadan hər hansı bir not dəftərində alqoritmi düzgün qurmaq və kodları uzun uzadı
olmadan qısa şəkildə çox əməliyyat yerinə yetirilməsini öyrətməkdir. Dərnəklərdə
məktəblilərə Java, C+, C+++, Oracle və Sun microsystems firması, operatorlar
haqqinda, metodlar, massivlər, polimorfizm, JVM və kitabxanalar və s. bu kimi
mövzularda mütəxəssislər tərəfindən təlimlər təşkil edilmişdir.
Dərnəklərdə layihə rəhbəri Məhparə Kazımova, təlimçilər Peyman Nəhmətov və Toğrul
Nəbiyev, layhənin eksperti Rafət Şirəliyev və həmçinin müxtəlif müəssisələrdən İT
mütəxəsislər şagirdlərə öz təcrübəsini və yuxarıda qeyd edilən mövzularda biliklərini
bölüşmüşlər.
Layihə ümumilikdə Bakı şəhərində yerləşən Ağdam rayonuna aid 10 köçkün
məktəblərində keçirilmişdir. Belə ki, bunlar 34 saylı, 35 saylı, 36 saylı, 37 saylı, 38 saylı,
39 saylı, 102 saylı, 73 saylı, 76 saylı və 96 saylı köçkün tam orta məktəbləridir.
Layihədə ümumilikdə 108 nəfər şagird iştirak etmişdir.

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin