Hakim vəzifəsinə namizədlər üçün test imtahanı keçiriləcək

0
Dövlət İmtahan Mərkəzi ilə Hakimlərin Seçki Komitəsi tərəfindən hakim
vəzifəsinə namizədlər üçün test imtahanı keçiriləcək
Hakim vəzifəsinə namizədlərlə test imtahanı noyabrın 23-də DİM-in Nəsimi
rayonu A. Salamzadə küçəsi 28 ünvanında yerləşən binasında keçiriləcəkdir.
Hakim vəzifəsinə namizədlər «İmtahana buraxılış vərəqəsi»ni Dövlət İmtahan
Mərkəzinin saytından çap edib götürə bilərlər.
İmtahan kompüterlər vasitəsilə elektron qaydada aparılacaq. İmtahan
bitdikdən sonra namizədə nəticələri haqqında arayış təqdim olunacaq. İmtahanda
244 namizədin iştirakı nəzərdə tutulur.
İmtahana gələrkən namizədlər «İmtahana buraxılış vərəqəsi»ni və şəxsiyyət
vəsiqəsini mütləq təqdim etməlidirlər. Göstərilən sənədlərdən biri olmadıqda və ya
onlar arasında uyğunsuzluq olduqda namizəd imtahana buraxılmayacaqdır.
Buraxılış rejiminin və namizədlərin yerləşdirilməsinin təmin olunması üçün
namizədlər imtahan verilən binanın qarşısına saat 9.00-dan gec olmayaraq
gəlməlidirlər. İmtahan saat 10.00-da başlayır.
İmtahanda namizədlərə 100 sual təqdim olunur və onların
cavablandırılmasına 4 saat vaxt ayrılır. Hər bir imtahan sualı 1 balla qiymətləndirilir.
Səhv cavabların sayı düzgün cavabların nəticəsinə təsir göstərmir. 60 və daha çox
bal toplamış namizədlər imtahanın növbəti mərhələsinə buraxılırlar.

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin