“Səfəvi tariximiz” adlı rəsm sərgisi

0
2 saylı Bakı “ASAN xidmət” mərkəzinin və Xətai Sənət
Mərkəzinin təşkilatçılığı ilə, Xətai Rayon İcra Hakimiyyəti,
Azərbaycan Dövlət Rəsm Qalereyası, Xətai Rayon Gənclər və
İdman İdarəsi və “Məktəblinin Dostu” layihəsinin dəstəyi ilə
Səfəvilər dövlətinin tarix və mədəniyyətinin təbliği, rəssamlar
arasında milli ruh və milli mövzuda yeni əsərlərin yaradılmasının
stimullaşdırılması, gənclər arasında vətənpərvərlik hislərinin
gücləndirilməsi, istedadlı uşaq və gənclərin üzə çıxarılması
məqsədilə “Səfəvi tariximiz” adlı rəsm sərgisi təşkil ediləcək.
Rəsmlər əsasən Səfəvilər dövründə yaşamış dövlət və
ictimai xadimlərin, qəhrəmanların obrazını, dövlət rəmzlərini,
Səfəvilər dövlətinin iştirak etdiyi döyüşlərin, bu dövr üçün
xarakterik olan qədim əşyaların, ordu üzvlərinin geyimlərinin
təsvirini və Şah İsmayıl Xətainin əsərlərinə çəkilmiş illüstrasiyaları
əks etdirir.
Nümayiş olunan əsərlərin müəllifləri təşəkkürnamə ilə təltif
ediləcəklər.
Sərginin açılış mərasimi 21 noyabr tarixdə saat 15:00-da
Xətai Sənət Mərkəzində keçiriləcək.
Sərgi 22 noyabr saat 18:00-a kimi davam edəcək.

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin