Caspian İnnovation Conference 2019

0

Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi sahəvi çağırışların, həmçinin innovasiya və yüksək texnologiyalar sektorunun bütün iştirakçıları arasında səmərəli əməkdaşlıq imkanlarının müzakirə olunması məqsədilə regional platforma rolunu oynayacaq Xəzər İnnovasiya Konfransının təsis edilməsi təşəbbüsü ilə çıxış etmişdir.

Xəzər İnnovasiya Konfransının “BakuTel” Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisi çərçivəsində təşkil olunması və ilbəil “Genişzolaqlı bağlantı”, “Əşyaların İnterneti”, “Süni İntellekt”, “İKT əsaslı startaplar və innovativ sahibkarlıq”, “Dördüncü Sənaye İnqilabı”, “Elmtutumlu istehsalat”, “Kiberhazırlıq” və s. kimi mövzuları əhatə etməsi nəzərdə tutulur.

İKT xidmətləri və həllərinin inkişafında genişzolaqlı internet infrastrukturunun həyati önəm daşıdığı və Avrasiyanın bir çox ölkələrinin açıq dənizlərə və mövcud olan genişzolaqlı internet magistrallarına çıxışın olmadığı bir şəraitdə keçən ilki konfrans “Dayanıqlı İnkişaf naminə Rəqəmsal Bağlantı” mövzusunda təşkil olunmuşdur.

Xəzər İnnovasiya Konfransı 2018 tədbiri rəqəmli uçurumun azaldılması, xarici investisiyalar üçün bağlantı imkanlarının yenidən nəzərdə keçirilməsi və biznes səmərəliliyinin təmin edilməsi məqsədilə hökumət nümayəndələrini, sahəvi sənaye liderlərini, tənzimləyici qurumların və beynəlxalq təşkilatların rəsmilərini, o cümlədən regionun ən böyük telekom və peyk operatorlarının rəhbərlərini bir araya gətirmişdir.

Xəzər İnnovasiya Konfransı 2019 tədbirinin “Əşyaların İnterneti: müasir cəmiyyətinin əsası” mövzusunda təşkili planlaşdırılır.

Konfransda Əşyaların İnterneti üzrə həllərin inkişaf modelləri, habelə infrastruktur, sənaye və kənd təsərrüfatı kimi müxtəlif sahələrdə bu həllərinin tətbiqi və istifadəsi üçün hüquqi və tənzimləmə məsələləri müzakirə olunacaqdır.

Xəzər İnnovasiya Konfransı 2019 tədbirinin təşkilatçıları plenar sessiyalar çərçivəsində baş tutacaq müzakirələr üçün müxtəlif dövlətlərin hökumət rəsmilərini, tənzimləyici qurumların rəhbərlərini, mobil operatorların, qlobal vendorların və beynəlxalq təşkilatların nümayəndələrini bir araya gətirəcək.

4 dekabr 2019-cu il
Bakı, Azərbaycan

PROQRAM


09:00 – 10:00

Qeydiyyat

10:00 – 11:00
Açılış Sessiyası

Yüksək səviyyəli rəsmilərin çıxışları

11:00 – 11:30

Çay fasiləsi

11:30 – 13:00
“Əşyaların İnterneti texnologiyalarının inkişaf modelləri” mövzusunda plenar sessiya
13:00 – 14:30

Nahar

14:30 – 16:00
“Sənaye və kənd təsərrüfatı sahələrində Əşyaların İnterneti texnologiyalarının tətbiqi” mövzusunda plenar sessiya
16:00 – 16:30

Çay fasiləsi

16:30 – 18:00
“Ağıllı cəmiyyət üçün Əşyaların İnterneti texnologiyaları” mövzusunda plenar sessiya
19:00

VIP qonaqlar üçün axşam ziyafəti

SPİKERLƏR


Houlin Zao

Beynəlxalq Telekommunikasiya İttifaqının Baş katibi

Ramin Quluzadə

Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri

Mehmet Cahit Turhan

Türkiyə Respublikasının Nəqliyyat və İnfrastruktur naziri

Kanstantsin Şulqan

Belarus Respublikasının Rabitə və İnformasiyalaşdırma naziri

Məhəmməd Cavad Azəri Cəhromi

İran İslam Respublikasının Rabitə və İnformasiya Texnologiyaları naziri

Elmir Vəlizadə

Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini

Bernard Qrşiç

Xorvatiya Respublikasının Rəqəmsal Cəmiyyətin İnkişafı üzrə Mərkəzi Dövlət Ofisində Dövlət katibi

Ömər Abdullah Qaragözoğlu

Türkiyə Respublikasının İnformasiya və Kommunikasiya Texnologiyaları Qurumunun İdarə Heyətinin sədri

Enriko Albertin

“Cisco Systems” şirkətinin Ölkələrin Rəqəmsallaşdırılması üzrə Akselerasiya Proqramının qlobal əməliyyatlar direktoru

Anatoli İliyayiç

“Ericsson” şirkətində Şəbəkələr və İdarəolunan Xidmətlər üzrə vitse-prezident

Eli Ad

“Nokia” şirkətinin Əşyaların İnterneti üzrə şaquli məhsul inkişafı rəhbəri

Dr. Itay Miyara

“Grofit Agtech” şirkətinin həmtəsisçisi və icraçı direktoru

Giorgos Çatzis

“Azercell” şirkətində Korporativ Seqment Biznes strukturunun rəhbəri

Dr. Sidhart Saksena

Kembric Universitetinin Mərkəzi Asiya Forumunun sədri

Robert Fariş

Beynəlxalq Məlumat Korporasiyasının (IDC) MDB üzrə vitse-prezidenti

Əli Möhsin

“Wavenet Group of Technologies” şirkətinin Birləşmiş Krallıq, Avropa, Yaxın Şərq və Afrika region üzrə strateji direktoru / Birləşmiş Krallıq Ağıllı Şəhər Alyansının İdarə Heyətinin üzvü

Qaçay Mirzəyev

“Microsoft” şirkətinin Azərbaycan nümayəndəliyinin Baş meneceri

Nikolay Pomoşçnikov

Birləşmiş Millətlər Təşkilatının Asiya və Sakit okean regionu üzrə İqtisadi və Sosial Komissiyasının (ESCAP) Şimali və Mərkəzi Asiya üzrə subregional ofisinin rəhbəri vəzifəsini icra edən

Krasimir Genov

“IoT Net” və “IoT Solutions” şirkətlərinin İdarə Heyətinin üzvü

QEYDİYYAT

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin