“Gənclərin ictimai iştirakçılıqla bağlı maarifləndirilməsi” layihəsi çərçivəsində növbəti seminar Lənkəranda keçirilmişdir

0

“Gənclərin ictimai iştirakçılıqla bağlı maarifləndirilməsi” layihəsi çərçivəsində
növbəti seminar Lənkəranda keçirilmişdir.

26 noyabr 2019-cu ildə Lənkəran şəhərində, Lüks Otelində “Tərəqqi”gəncliyin inkişafı ictimai birliyi tərəfindən cənub bölgəsində “Gənclərin ictimai iştirakçılıqla bağlı maarifləndirilməsi” layihəsinin növbəti seminarı keçirilmişdir. Layihə Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilir. Layihənin müddəti üç ay olmaqla 01 sentyabr – 01 dekabr 2019-cu il tarixləri əhatə edir.
Bu barədə məlumat verən “Tərəqqi”gəncliyin inkişafı ictimai birliyinin sədri, layihə rəhbəri Səfərov Raci qeyd etmişdir ki, layihənin məqsədi region gənclərinin ictimai iştirakçılığıına nail olmaq, qanunvericliyin prioritetlərini təbliğ etmək və bununla da gənclər arasında hüquqi-informativ məlumatsızlıq probleminin həllinə dəstək olmaqdır. Lənkəran şəhərində, 25 nəfər gəncin iştirakı ilə keçirilən seminarda iştirakçılara vətəndaş cəmiyyəti instituları, yerli hökumət institutları, ictimai iştirakçılıq haqqında qanunveriliyin prioritetləri haqqında o cümlədən ictimai şuralar haqqında məlumat verilmişdir.Seminar zamanı yeni qəbul edilmiş ictimai iştirakçılıq haqqında qanun geniş müzakirə olunmuşdur.Tədbir müstəqil ekspert Afiq Məlikov tərəfindən idarə olunmuşdur.

“Tərəqqi”gəncliyin inkişafı ictimai birliyi.

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin