Elektron Hökümətin İnkişafı Mərkəzində 2 vakansiya!
Departament:Proqram təminatı
Şöbə:Rəqəmsal həllərin tətbiqi
Vəzifələri
Veb və mobil layihələr üçün servislərin (API) hazırlanması
• Mövcud kodlarda əlavə və dəyişikliklərin edilməsi
• Proqram təminatının işinin optimallaşdırılması
• Standartlara uyğun kod yazımının aparılması
• Yazılan kodların test edilməsi, yaranan problemlərin analiz edilməsi və aradan qaldırılması
• Texniki tapşırıq əsasında yerinə yetirilən işlərin zamanında təhvil verilməsinə riayət olunması
• Proqram təminatı istifadəçisindən daxil olan tələblərin təhlil edilməsi və problemin həll olunması
• Proqram layihələrinin hazırlanması üzrə texniki normaların, standartların və tələblərin müəyyənləşdirilməsi ilə bağlı təkliflərin hazırlanmasında iştirak etmək
• Fəaliyyət istiqaməti üzrə daxil olan ərizə, təklif və şikayətləri araşdırmaq və cavablandırmaq
• Vəzifəsi üzrə şöbə müdiri tərəfindən verilən tapşırıqları yerinə yetirmək
Tələblər
Ali təhsil:Kompüter mühəndisliyi və ya bənzəri ixtisasa dair ali təhsili olanlara üstünlük verilir
Xarici dil:
İngilis və rus dilləri üzrə biliklər:
ixtisaslaşdığı sahə ilə bağlı texniki məsələləri də özündə əks etdirən konkret və mücərrəd mövzularla əlaqəli əsas mətnlərin məğzini başa düşmək və fikrini bildirmək.
İş təcrübəsi:ən azı 2 il
https://www.digital.gov.az/vacancies/4
Departament:Layihələrin idarə edilməsi
Şöbə:Biznes proseslərin təhlili
Vəzifə öhdəlikləri:
Təhkim edilmiş sistemlər üzrə biznes prossesləri müəyyən etmək, tələblər formalaşdırmaq və təhlillər həyata keçirmək;
Beynəlxalq praktikada baş verən inkişaf meylləri nəzərə alınmaqla araşdırmaların aparılması, təkmilləşdirilməsi;
Təhkim edilmiş sistemlərin istismar reqlamentinə uyğun olaraq inzibati idarəetməsini həyata keçirir;
Təhkim edilmiş sistemlərinin “SWOT” təhlilini (sistemin güclü və zəif tərəflərinin müəyyən edilməsi) aparılması və nəticələrinə dair təkliflər hazırlayır;
Analiz edilmiş layihələrin work flow-larının hazırlanması;
Təhkim edilmiş sistemlərə dəstək xidmətinin kənar təşkilatlara həvalə edildiyi hallarda müvafiq müqavilə şərtləri çərçivəsində işlərin icrasına nəzarəti təmin edir;
Departamentin fəaliyyətinin təşkili üzrə normativ metodoloji bazanın yaradılması və təkmilləşdirilməsi üzrə fəaliyyətdə iştirak edir;
Vəzifəsi üzrə departament müdiri və şöbə müdiri tərəfindən verilən tapşırıqları yerinə yetirir.
Ali təhsil:İqtisadiyyat, riyaziyyat və idarəetmə ixtisas qrupu üzrə ali təhsil
(MS WINDOWS, MS OFFICE, INTERNET və s.) – orta səviyyədə.
Xarici dil bilikləri:
• İngilis dili (orta səviyyədə)
• Rus dili (orta səviyyədə)
İş təcrübəsi: 1 il