Məleykə Abbaszadə Abşeron rayonunda vətəndaşları qəbul edəcək

0
Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə
Abşeron rayonunda vətəndaşları qəbul edəcək
Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə 2019-
cu il dekabrın 10-da Abşeron rayonunda vətəndaşlarla görüş keçirəcəkdir.
Qəbulda Abşeron, Sumqayıt, Xızı, Siyəzən şəhər (rayon) sakinləri və bu
şəhərlərdə (rayonlarda) məskunlaşmış Qubadlı, Zəngilan, Şuşadan olan məcburi
köçkünlər də iştirak edə bilərlər.
Qəbul saat 10.00-da Xırdalan şəhəri Heydər Əliyev Mərkəzində (ünvan: H.Əliyev
parkı) keçiriləcəkdir.
Qəbula gəlmək istəyən vətəndaşların DİM-in internet saytına daxil olaraq elektron
müraciət formasını doldurmaqla qeydiyyatdan keçmələri
Bundan əlavə, qəbula yazılmaq istəyən vətəndaşlar Abşeron, Sumqayıt, Xızı,
Siyəzən Rayon Təhsil Şöbələrinə də müraciət edə bilərlər.
Qeyd: Qəbula gələn vətəndaşlar şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.