Kapital Bankın region filiallarında Ən Son Vakansiyalar!

0

1)

Kapital Bank namizədləri  Ağcabədi, Şamaxı, Laçın və İmişli filiallarının
Xidmət bölməsində Əməliyyat üzrə kiçik mütəxəssis vəzifəsinə müraciət
etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir:
Öhdəliklər :
Müştərilərə xidmət;
Sürətli pul köçürmə əməliyyatlarının aparılması;
Mərkəzi Bankın və Kapital Bankın daxili prosedurlarına əsasən, bank
məhsullarının satışı;
Dövlət rüsumlarının və kommunal ödənişlərin qəbulu;
Ödəniş kartları üzrə əməliyyatların aparılması.
Tələblər :
Ali təhsil;
Riyazi hesablama və analitik mühakimə etmək qabiliyyəti;
Azərbaycan dilində sərbəst danışmaq bacarığı
MS Office (Word, Excel) proqramları üzrə biliklər;
Gərgin iş qrafikində işləmək bacarığı;
 Əla ünsiyyət bacarıqları;
Məsuliyyət, işdə dəqiqlik, düzgünlük və detallara fikir vermək qabiliyyəti.
Biz Sizə stabil iş yeri, dinamik inkişaf, yüksək əmək haqqı və peşəkar
kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa,
“mövzu” bölməsində ” Əməliyyat üzrə kiçik mütəxəssis – Laçın ” qeyd
etməklə CV-nizi [email protected] ünvanına göndərin.
========================

2)

Ümumi məlumat
Kapital Bank namizədləri aşağıdakı filiallara Satış bölməsinin mütəxəssisi vəzifəsinə müraciət
etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir:
Kürdəmir, Salyan və Şabran filialları
Öhdəliklər
Kreditlərin rəsmiləşdirilməsi və rəsmiləşdirilən kredit sənədlərinin arxivləşdirilməsi;
Kredit portfelinə nəzarət etmək və təhlillər aparmaq;
Yeni müştərilərin cəlb edilməsində aktiv iştirak etmək;
Korporativ müştəri mədəniyyəti standartlarına əməl etmək;
Vəzifə təlimatı çərçivəsində rəhbərliyin əmr və tapşırıqlarını yerinə yetirmək;
Tələblər
Ali iqtisadi və ya riyazi təhsil
Analitik düşüncə
MS Office (Word, Excel) proqramları üzrə biliklər
Azərbaycan və Rus dillərində sərbəst danışmaq bacarığı (Bakı filialları üzrə)
Əla ünsiyyət bacarıqları
Məsuliyyət, düzgünlük, dəqiqlik, aydın diksiya, detallara diqqət yetirmək qabiliyyəti
CV-lərinizi müraciət etdiyiniz rayon/şəhəri və “Satış bölməsi” başlığını qeyd etməklə
[email protected] e-poçtuna göndərin!
Nümunə: Salyan – Satış bölməsi
=========================

3)

Kapital Bank namizədləri aşağıdakı regionlar üzrə “Məlumat xidməti / Reception” vəzifəsinə
müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Ağcabədi, Astara, Ağsu, Göyçay, Masallı, Naftalan, Yardımlı, Qəbələ və Saatlı filialları
Öhdəliklər :
Filiala müxtəlif sorğularla müraciət edən müştərilərin qarşılanması;
Müştərilərin müraciətlərinə əsasən müvafiq şöbələr üzrə yönləndirilməsi;
Elektron növbə sistemi üzrə müştərilərin müvafiq şöbələr üzrə yönləndirilməsi;
Ödəniş terminallarından istifadə qaydaları haqda məlumatların verilməsi;
Tələblər :
Ali təhsil
Səbirli, təmkinli, təzyiqə davamlı
Ünsiyyətqurma və izahetmə qabiliyyəti
Azərbaycan və Rus dillərində sərbəst danışmaq bacarığı (Bakı filialları üzrə)
MS Office proqramları üzrə biliklər
Əla ünsiyyət bacarıqları
Məsuliyyət, düzgünlük, dəqiqlik, aydın diksiya, detallara diqqət yetirmək qabiliyyəti
Biz Sizə stabil iş yeri, dinamik inkişaf, yüksək əmək haqqı və peşəkar kollektivdə çalışmaq
imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa, “mövzu” bölməsində “Məlumat
xidməti / Reception – Astara” qeyd etməklə CV-nizi [email protected] ünvanına
göndərin.