“Miqrasiya Könüllüsü” İctimai Birliyinin idarə heyətində təmsil olunma şansı

0

“Miqrasiya Könüllüsü” İctimai Birliyinin idarə heyətində təmsil olunma şansı.

Dil biliyinə, özünü təqdimetmə bacarığına, dünya görüşünə, liderlik qabiliyyətinə güvənən gənclər, 16 dekabr tarixində saat 12:00-da “Miqrasiya Könüllüsü” İctimai Birliyinin departamentlərində vakant vəzifələrə müsahibə mərhələsi keçiriləcək.

Gənclər, öz istək və bacarıqlarınıza uyğun olaraq aşağıdakı istiqamətlər üzrə İctimai Birlikdə təmsil olunmaq şansı qazanacaqsınız.
>Beynəlxalq Əlaqələr
>Sponsorlarla iş
> İctimaiyyətlə əlaqələr
>Üzvlərlə iş və Təşkilati məsələlər
>Layihələrin idarə olunması
>İnformasiya texnologiyaları
>Dövlət Qurumları ilə iş

Müsahibə mərhələsindən uğurla keçərək İctimai Birliyin departamentlərində təmsil olunmaqla yanaşı yerli və beynəlxalq layihələrə qatılmaqla təşkilatçı qismində də iştirak imkanı qazanacaqsınız.

Seçim mərhələsində iştirak etmək üçün aşağıdakı linkə daxil olaraq qeydiyyatdan keçin.

https://docs.google.com/forms/d/1laWPtbvXMd3SCxKUJfQ-zdyA27wlXt82IhRLny_twVc/viewform?ts=5def51c1&fbclid=IwAR3b3u3wESGn2SzHz3G9BkvbD-Vquj71ODQdpJBMrByDTzMOvatApGSLntU&edit_requested=true