Milli KSM Mükafatı 2019 – Müsabiqə!

0

2018-ci ildə ölkəmizdə ilk dəfə olaraq təsis olunan Milli KSM Mükafatı müsabiqəsi ənənəvi olaraq 2019-cu ildə layihə qəbulu elan edib.
Qeyd edək ki, müsabiqənin əsas məqsədi dövlət siyasətinin, Heydər Əliyev Fondunun həyata keçirdiyi sosial layihələrin davamı olaraq ölkəmizdə həyata keçirilən Korporativ Sosial Məsuliyyət layihələrinin və xeyriyyəçilik işlərinin sayının artırılmasına təkan vermək, həmçinin KSM layihələr həyata keçirən şirkətlərin fəaliyyətini daha geniş miqyasda təqdir etməkdir. Ötən il müsabiqə ilk dəfə təşkil olunmasına baxmayaraq ölkəmizdə geniş rəğbət qazanıb və hazırda Milli KSM Mükafatı açar sözü ilə google axtarış sistemində 7410 nəticə mövcuddur.
Milli KSM Mükafatı 2019 müsabiqəsinə layihə qəbulu 30 dekabr 2019-ci il tarixinədək davam edəcək.
Qəbul olunan layihələr dövlət qurumları və beynəlxalq ekspertlərdən ibarət təşkil olunmuş komissiya üzvləri tərəfindən Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının qəbul etdiyi 17 məqsəd əsas götürülərək qiymətləndiriləcək və 24 yanvar 2020-ci il tarixində dövlət rəsmilərinin iştirakı ilə Qala Gecəsi və şirkətlərin yarandığı gündən dövrümüzədək icra etdiyi sosial layihələrin nümayiş etdirilməsi məqsədilə ölkəmizdə ilk dəfə KSM sərgi təşkil olunacaq, Milli KSM Mükafatı 2019 təqdim olunacaq.
Müsabiqədə iştirak şərtləri:
1. 2018-ci il noyabr ayından 2019-cu il noyabr ayınadək yerli və ya beynəlxalq şirkətin Azərbaycan Respublikası ərazisində həyata keçirdiyi KSM layihə (və ya xeyriyyəçilik işləri) haqda pdf formatında məlumatlar;
2. Layihənin həyata keçirildiyini təsdiq edən foto, video materiallar və KİV məlumatların linki;
3. Layihənin təsviri (məqsədi, büdcəsi, keçirildiyi ərazi, benefisiarları və s.) haqqında ətraflı məlumat;
4. İştirak haqqı – 590 AZN təşkil edir. Ödənişin həyata keçirildiyini təsdiq edən qəbzin surəti [email protected] elektron ünvanına göndərilir.
Komissiyanın tərkibi:
1. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi
2. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
3. Azərbaycan Respublikası Təhsil Nazirliyi
4. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi
5. ASAN Xidmət
6. Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOB)
7. Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası
8. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi
9. Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası
10. Azərbaycanda Qadın Sahibkarlığın İnkişafı Asossiasiyası
11. CSR Europe www.csreurope.org
12. CSR Turkey www.kssd.org
13. CSR Azerbaijan www.csrazerbaijan.az
15. PROAKTIV PR Agentliyi
Qeyd 1: 1 şirkət müsabiqəyə bir neçə layihə təqdim edə bilər.
Qeyd 2: Müsabiqəyə layihə təqdim edən şirkətlərin adları layihədən öncə və sonra konfidensiallığı qorunur.
Qeyd 3: Müsabiqəyə 2018 və ya 2019-da ilk dəfə qoşulan hər bir yerli və beynəlxalq şirkət təsis olunduğu gündən bu günədək həyata keçirdiyi layihələri 24 yanvar 2019 tarixində təşkil olunacaq KSM sərgidə nümayiş etdirə bilər.