Dövlət qulluğuna qəbul üçün yeni test imtahanı keçiriləcək

0
İnzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid olan vəzifə qrupları üzrə dövlət
qulluğuna qəbul üçün test imtahanı keçiriləcək
Dövlət İmtahan Mərkəzi tərəfindən 22 dekabr 2019-cu il tarixində dövlət qulluğunda
inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun olan
vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün test imtahanı keçiriləcək
İmtahan Bakı şəhərində təşkil olunacaq. İmtahanda iştirak etmək üçün BA qrupu üzrə
511, BB qrupu üzrə 1756, ümumilikdə isə 2267 namizəd qeydiyyatdan keçib.
Bu imtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş namizədlər DİM-in internet
saytına daxil olaraq “İmtahana buraxılış vərəqəsi”ni çap etməlidirlər. Buraxılış vərəqəsi ilə
yanaşı onlara “Namizədin yaddaş kitabçası” da təqdim olunur. Burada namizədlərə imtahan
prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri
məlumatlar çatdırılır.
İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlayacaq və 3 saat davam
edəcək. Saat 10:45-dən sonra gələn namizədlər imtahana buraxılmır.
İmtahanların idarə olunmasına 6 ümumi imtahan rəhbəri, 20 imtahan rəhbəri, 212
nəzarətçi-müəllim, 24 nəfər buraxılış rejimi əməkdaşı, 6 bina nümayəndəsi ayrılıb.
Namizədlərlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:
şəxsiyyəti təsdiq edən sənədin əsli;
“İmtahana buraxılış vərəqəsi”.
Göstərilən sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda
namizəd imtahana buraxılmayacaq.
İmtahan binasına giriş zamanı üzərində mobil telefon, konspekt və digər yardımçı
vasitələr aşkar olunan namizədlər barədə akt tərtib olunacaq və imtahan binasına
buraxılmayacaqlar.