Rabitəbankda yeni vakansiya: Komplayns Departamentinin Maliyyə Monitorinqi Şöbəsində Kiçik mütəxəssis vakansiyası

0
Komplayns Departamentinin Maliyyə Monitorinqi Şöbəsində Kiçik mütəxəssis
vakansiyası.
Ölkənin ən iri banklarından biri olan Rabitəbank ASC Sizə uğurlu karyera qurmaq, şəxsi inkişafınıza
peşəkar komandada nail olmaq imkanı yaradır. Rabitəbank öyrənməyə meyilli olan, pozitiv, işinə yaradıcı
yanaşan şəxslərin axtarışındadır.
VƏZİFƏ ÖHDƏLİKLƏRİ:
– Filial, şöbə və struktur bölmələrindən məlumatları toplamaq və əldə olunan məlumatların doğruluğunu
və reallığa uyğun olmasını yoxlamaq;
– Qeyri-adi və şübhəli əməliyyatları aşkar etmək, müştərinin və benefisiarların eyniləşdirmə və
verifikasiya prosedurunu həyata keçirmək;
– Sürətli pul köçürmə sistemləri ilə həyata keçirilən əməliyyatların PL/TMM sahəsi üzrə gündəlik
monitorinqini aparmaq;
– ÇPY məsələləri ilə bağlı filiallardan və şöbələrdən daxil olan müraciətlərə cavab vermək.
VƏZİFƏYƏ OLAN TƏLƏBLƏR:
– Ali təhsil;
– Operativ və düzgün qərar vermə qabiliyyəti;
– Analitik düşünmə qabiliyyəti;
– Komanda tərkibində işləmə bacarığı;
– Əla səviyyədə Azərbaycan və Rus dili biliyi;
– MS Office proqramlarından istifadə qabiliyyəti;
– Sahə üzrə və ya oxşar sahədə 6 aya qədər iş təcrübəsi.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected]itabank.com elektron ünvanına
göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Komplayns – Kiçik
mütəxəssis” göstərməyiniz xahiş olunur.
ƏLAQƏ VASİTƏLƏRİ:
Telefon: (012) 598 44 88
Ünvan: Bakı şəhəri, AZ 1010, 28 May küçəsi 33