“Məktəblinin dostu” layihəsi çərçivəsində sərgi

0
“Məktəblinin dostu” layihəsi çərçivəsində sərgi təşkil olunacaq.
“Məktəblinin dostu şagirdlərin gözü ilə” adlanan sərgi Xətai Sənət
Mərkəzinin dəstəyi ilə baş tutacaq. Sərgidə “Məktəblinin dostu” layihəsinin
əhatə olunduğu 70 ümumtəhsil müəssisəsi iştirak edəcək. Məktəblilər
çəkdikləri rəsm əsərlərini və hazırladıqları maketləri nümayiş etdirəcəklər.
Layihənin 3 illiyinə həsr olunan sərgidə 3 yer uğrunda mübarizə aparılacaq.
Qaliblər Xətai Sənət Mərkəzinin rəssamları tərəfindən müəyyənləşəcək.
Qalib məktəblilər müxtəlif hədiyyələr və diplomlarla mükafatlandırılacaq.
Mükafatlandırma mərasimi 28 dekabr 2019-cu il saat 15:00-da Xətai Sənət
Mərkəzində reallaşacaq.
Qeyd edək ki, 2016-cı ilin dekabr ayından icrasına başlanılan “Məktəblinin
dostu” layihəsi Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti
yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi
tərəfindən birgə həyata keçirilir. “Məktəblinin dostu” layihəsinin əsas
məqsədi müəllim və şagirdlər üçün daha təhlükəsiz mühit yaratmaq,
fövqəladə hal baş verdikdə ilk tibbi və psixoloji yardım göstərmək,
mütəmadi olaraq şagird, valideyn, təlim-tərbiyə müəssisələrinin kollektivi ilə
maarifləndirmə və diaqnostik işlər aparmaqdır. Layihənin əhatə etdiyi
məktəblərin sayının 150-yə çatdırılması nəzərdə tutulur.