Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Xüsusi Məktəbin V sinfinə QƏBUL ELAN EDİR

0

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Xüsusi Məktəbin V sinfinə QƏBUL ELAN EDİR

ÜMUMİ MÜDDƏALAR:

Tədris dili: Azərbaycan dili

QƏBUL ŞƏRTLƏRİ:

Xüsusi Məktəbə qəbul imtahanında 

  • 15 sentyabr 2020-ci ilə qədər 10 yaşı tamam olan və 12 yaşı tamam olmayan,
  • qəbul aparılan ildə ümumi təhsil pilləsinin IV sinfində təhsil alan,
  • fiziki cəhətdən sağlam olan

Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları iştirak edə bilərlər.

 SƏNƏDLƏRİN QƏBULU:

İmtahanda iştirak etmək istəyən namizədlər 2020-ci il fevralın 15-dək Dövlət İmtahan Mərkəzinin saytında “Şəxsi kabinet” yaratmalı və müvafiq elektron ərizəni dolduraraq qeydiyyatdan keçməlidirlər.

Dövlət İmtahan Mərkəzinin saytında “Şəxsi kabinet” yaratmaq üçün şagirdlər əvvəlcə təhsil aldıqları orta məktəbə müraciət edərək şəxsi məlumatlarının «Şagird-məzun» dövlət elektron məlumat sisteminə daxil edilməsini təmin etməlidirlər.

«Şagird-məzun» sistemində məlumatları daxil edilməyən şəxslər imtahanda iştirak etmək üçün elektron qeydiyyatdan keçə bilməyəcəklər.

Məktəbə xarici ölkə vətəndaşlarının qəbulu dövlətlər arasında bağlanmış müqavilələrə uyğun olaraq həyata keçirilə bilər.

İMTAHANIN KEÇİRİLMƏ QAYDASI:

Qəbul imtahanı Dövlət İmtahan Mərkəzi tərəfindən test üsulu ilə keçiriləcəkdir.

Test imtahanı aşağıdakı fənlər üzrə Azərbaycan dilində aparılır:

  • Azərbaycan dili;
  • Riyaziyyat.

Hər fənn üzrə 30 qapalı tipli sual təqdim ediləcəkdir.

İmtahanın müddəti 90 dəqiqədir.

İmtahana gələrkən namizədlər:

şəxsiyyət vəsiqəsi;

Imtahana buraxılış vərəqəsini gətirməlidirlər.

Şəxsiyyət vəsiqəsində şəkli olmayan namizədlər təhsil aldıqları məktəbdən IV sinifdə təhsil alması barədə şəkilli arayış (şəkil möhürlə təsdiq edilməlidir) təqdim etməlidirlər.

Sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda namizəd imtahana buraxılmır.

İmtahanın keçirilmə tarixi və yeri haqqında məlumat qeydiyyat başa çatdıqdan sonra Dövlət İmtahan Mərkəzinin saytında elan olunacaqdır.

İmtahanların nəticəsi Dövlət Sərhəd Xidmətinə təqdim ediləcəkdir. Yüksək nəticə göstərmiş namizədlər DSX tərəfindən tibbi və digər yoxlamalara cəlb olunacaqlar. Bütün mərhələləri uğurla keçən və ən yüksək bal toplayan namizədlər Xüsusi Məktəbə qəbul olunacaqlar.

Əlavə məlumat almaq üçün Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinə müraciət edilə bilər.

     Ünvan: Mərdəkan qəsəbəsi, Ramil Qasımov küçəsi 5.

     Əlaqə telefonu: 012-554-92-44