Kapitalbankın region filiallarında ən yeni vakansiyalar: Satış bölməsinin mütəxəssisi, Əməliyyat üzrə kiçik mütəxəssis, “Məlumat xidməti / Reception” vəzifəsi

0
  1. Kapital Bank namizədləri Salyan filialında Satış bölməsinin mütəxəssisi vəzifəsinə müraciət
    etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir:
    Öhdəliklər
    Kreditlərin rəsmiləşdirilməsi və rəsmiləşdirilən kredit sənədlərinin arxivləşdirilməsi;
    Kredit portfelinə nəzarət etmək və təhlillər aparmaq;
    Yeni müştərilərin cəlb edilməsində aktiv iştirak etmək;
    Korporativ müştəri mədəniyyəti standartlarına əməl etmək;
    Vəzifə təlimatı çərçivəsində rəhbərliyin əmr və tapşırıqlarını yerinə yetirmək;
    Tələblər
    Ali iqtisadi və ya riyazi təhsil
    Analitik düşüncə
    MS Office (Word, Excel) proqramları üzrə biliklər
    Azərbaycan və Rus dillərində sərbəst danışmaq bacarığı (Bakı filialları üzrə)
    Əla ünsiyyət bacarıqları
    Məsuliyyət, düzgünlük, dəqiqlik, aydın diksiya, detallara diqqət yetirmək qabiliyyəti
    CV-lərinizi müraciət etdiyiniz rayon/şəhəri və “Satış bölməsi” başlığını qeyd etməklə
    [email protected] e-poçtuna göndərin!

    Nümunə: Salyan – Satış bölməsi

  2. Kapital Bank namizədləri Şamaxı, Laçın və Hacıqabul filiallarının Xidmət
    bölməsində Əməliyyat üzrə kiçik mütəxəssis vəzifəsinə müraciət etməklə
    peşəkar komandanın üzvü olmağa dəvət edir:
    Öhdəliklər :
    Müştərilərə xidmət;
    Sürətli pul köçürmə əməliyyatlarının aparılması;
    Mərkəzi Bankın və Kapital Bankın daxili prosedurlarına əsasən, bank
    məhsullarının satışı;
    Dövlət rüsumlarının və kommunal ödənişlərin qəbulu;
    Ödəniş kartları üzrə əməliyyatların aparılması.
    Tələblər :
    Ali təhsil;
    Riyazi hesablama və analitik mühakimə etmək qabiliyyəti;
    Azərbaycan dilində sərbəst danışmaq bacarığı
    MS Office (Word, Excel) proqramları üzrə biliklər;
    Gərgin iş qrafikində işləmək bacarığı;
     Əla ünsiyyət bacarıqları;
    Məsuliyyət, işdə dəqiqlik, düzgünlük və detallara fikir vermək qabiliyyəti.
    Biz Sizə stabil iş yeri, dinamik inkişaf, yüksək əmək haqqı və peşəkar
    kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa,
    “mövzu” bölməsində ” Əməliyyat üzrə kiçik mütəxəssis – Laçın ” qeyd

    etməklə CV-nizi [email protected] ünvanına göndərin.

  3. Kapital Bank namizədləri aşağıdakı regionlar üzrə “Məlumat xidməti / Reception” vəzifəsinə
    müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
    Ağcabədi, Astara, Ağsu, Göyçay, Goranboy, İmişli, Naftalan, Yardımlı, Şəmkir, Saatlı və
    Qaradağ filialları
    Öhdəliklər :
    Filiala müxtəlif sorğularla müraciət edən müştərilərin qarşılanması;
    Müştərilərin müraciətlərinə əsasən müvafiq şöbələr üzrə yönləndirilməsi;
    Elektron növbə sistemi üzrə müştərilərin müvafiq şöbələr üzrə yönləndirilməsi;
    Ödəniş terminallarından istifadə qaydaları haqda məlumatların verilməsi;
    Tələblər :
    Ali təhsil
    Səbirli, təmkinli, təzyiqə davamlı
    Ünsiyyətqurma və izahetmə qabiliyyəti
    Azərbaycan və Rus dillərində sərbəst danışmaq bacarığı (Bakı filialları üzrə)
    MS Office proqramları üzrə biliklər
    Əla ünsiyyət bacarıqları
    Məsuliyyət, düzgünlük, dəqiqlik, aydın diksiya, detallara diqqət yetirmək qabiliyyəti
    Biz Sizə stabil iş yeri, dinamik inkişaf, yüksək əmək haqqı və peşəkar kollektivdə çalışmaq
    imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa, “mövzu” bölməsində “Məlumat
    xidməti / Reception – Goranboy” qeyd etməklə CV-nizi [email protected] ünvanına
    göndərin.