“Başqa şeydən danış” adlı 24 saatlıq studiya sərgisi

0

YARAT Müasir İncəsənət Məkanı ARTIM Lab layihəsi çərçivəsində “Başqa şeydən danış” adlı 24 saatlıq studiya sərgisini təqdim edir.

ARTIM Lab layihəsinin 3-cü studiya təqdimatının başlanğıc nöqtəsi iştirakçıların üç ay müddətində apardıqları intensiv araşdırmalara əsaslanır. Maraq dairələri ilə bir-birindən kəskin surətdə seçilən iştirakçılar – faktlar, müsahibələr, ədəbiyyat, hekayələr və KİV məlumatları toplayaraq müasir incəsənətdə araşdırmanın yollarını, üsullarını və nəticələrinin təqdimatı üzrə işləmiş, həmçinin hər birinin individuallığın əks etdirən fərqli mövzuları bir araya gətirmişlər. “Başqa şeydən danış” sərgisi, öncə qrup şəklində müzakirə olunan və təkmilləşən, transformasiyaya uğramış araşdırmaların vizual təqdimatıdır. Hər bir əsər, müraciət olunmuş mövzuya yeni və çoxlaylı nöqteyi-nəzərdən baxmağa və “başqa şeydən” danışmağa təşviq edir.

Əhməd Nəbiyev öz araşdırmasının əsas obrazı Banin adı ilə tanınan azərbaycanlı milyonçu M. Əsədullayevin qızı, Parisdə mühacirət həyatı yaşamış Ümm əl-Banu Əsədullayevaya həsr edib. Rəssam Baninin xatirələr toplusu əsasında onun həyat və yaradıcılığını, eləcə də dövrün məişəti, ənənələri haqda informasiya toplamışdır.

“Metamorfozlar” mövzusunu özünə yaxın bilən Murad Əkbərli avtobioqrafik eksperimentə çevrilmiş instalyasiyasında özündə və cəmiyyətdə baş verən dəyişiklikləri vurğulayır.

Ruslan Abbasov öz instalyasiyasını dünyaca məşhur şirkət və brendlərin hərbi müdafiə sənayesinə göstərdikləri dəstək mənbələrini araşdırmasına həsr edib.

Ağababa Bağırovun səs instalyasiyası sosial araşdırmanın nəticəsidir. Bu əsərdə Azərbaycanda mövcud ənənə, qayda və qadağalardan bəhs edilir. Rəssam real hadisələrə əsaslanaraq, lokal xarakterli əşyaların simvolikaları vasitəsilə öz fikirləri ilə bölüşür.

Rəna Bəşirova araşdırma mövzusunu Skandinav mifologiyası və zərdüştlükdə rast gəlinən “həyat ağacı” simvolunun etimologiyası və təcəssümü, eləcə də bu iki mədəniyyətlər arasında bu simvolun paralellərini əks etdirir.

Umay Abdullayeva əsərinin mövzusunu Azərbaycanda müxtəlif zorakılıqlarla əlaqələndirir. Bu mövzunun psixoloji momentlərini açıqlamaq üçün son zaman heyvanlara qarşı şiddətlənən zorakılıq üzərində fokuslaşır. Rəssamın fikrincə, heyvana xələl yetirə biləcək gənc/yeniyetmələrin psixoloji durumuna görə onlar gələcəkdə insan qətli də törədə bilər.

Nurseli Məmmədli öz araşdırmasını qədim dövrlərdən müxtəlif mədəniyyətlərdə mövcud olan magik ayin və tilsimlərə həsr edərək, Azərbaycanda bu deyimlərin folklora keçid etməsini və hətta bu gün həyatın ayrılmaz hissəsi olmasını bildirir.

Günel Axundlu studiya təqdimatı üçün yuxu ilə reallığın əlaqəsindən bəhs edən psixodelik film hazırlayıb. Onun tamaşaçıya verdiyi yeganə sual isə çox subyektiv olaraq, kimin üçün əsl reallığın nə olduğunu araşdırmaqdır.

ARTIM Lab iştirakçılarının studiya təqdimatı 1 gün ərzində YARAT Emalatxanalarında tamaşaçılar üçün açıq olacaq.

17 yanvar, 19:00
YARAT Emalatxanaları, Akademik Həsən Əliyev küç., 1061
Giriş sərbəstdir

________
YARAT Contemporary Art Space features the 24hrs studio exhibition entitled “Other Things to Talk About “within the framework of ARTIM Lab project.

The point of departure for the 3rd studio exhibition consisted of a three-month intensive research. The artists collected data, interviews, literature, stories, and media reports to deal with the various fields of their personal interest. The exhibition visually features the transformed and processed investigations, previously developed and discussed in the group. Each work encourages to talk about “other things” to take a new, multilayered perspective on the topic approached.

Ahmad Nabiyev devoted the protagonist of his research to Azerbaijani millionaire M. Asadullayev’s daughter, known as Banin – Umm Al-Banu Asadullayeva, who lived a life of an immigrant in Paris. The artist gathered information about Banin’s life and oeuvre, as well as, the period’s day-to-day lifestyle and traditions based on a memorial collection of her.

Murad Akbarli, who consider the subject of “Metamorphosis” close to his individuality, highlights the transformations taken place both in himself and in society through the installation, which turned out to be the autobiographical experiment.

Ruslan Abbasov dedicated his installation to the investigation of the implemented support of worldwide famous companies and brands to the defense industry.

Aghababa Baghirov’s sound installation is the product of the social investigation. The work discusses the existing traditions, taboos and social rules in Azerbaijan. Basing itself on actual events, the artist shares his own opinions on them by means of locally characterized symbols.

Rena Bashirova’s research subject explores the common symbol of the “tree of life” which appears on Scandinavian mythology and Zoroastrian religion, reflecting its etymology and the embodiment, as well as the parallels between these two cultures.

Umay Abdullayeva associates the subject of her work to the various types of violence in Azerbaijan. She focuses on recent violence against animals to explain the psychological aspects of the subject. According to the artist, due to the psychological state of young / teenagers who may harm the animal, they may also commit murder in the future.

Applying her research to the magical rituals and fetishes, which exists in a variety of cultures since the ancient times, Nurseli Mammadli signifies those fetishes transforming into the folklore in Azerbaijan and becoming the integral part of life today.

For the studio presentation, Gunel Akhundlu created a psychedelic film describing the connection between dreams and reality. The only question that poses to the audience is to investigate what the pure reality is.

The studio presentation of ARTIM Lab participants will be on view to the public in YARAT Studios for 1 day.

January 17, 7 pm
YARAT Studios, 1061, Academician Hasan Aliyev str.
Admission is free