“Qafqazın maddi mədəniyyət inciləri” adlı sənədli filmlər silsiləsi təqdim olunacaq

0

“Qafqazın inciləri”

Yanvarın 14-də YARAT Müasir İncəsənət Mərkəzində СВС telekanalının istehsalı olan, insan təsiri izlərinə malik müxtəlif qədim obyektlərin, qazıntılar nəticəsində tapılan arxeoloji ərazilərin öyrənilməsinə yönəlmiş “Qafqazın maddi mədəniyyət inciləri” adlı sənədli filmlər silsiləsi təqdim olunacaq.

Filmlər toplusu Cənubi Qafqazın əhəmiyyətli bir hissəsi olan Azərbaycana həsr edilib. Məşhur elm adamlarının, arxeoloqların, tarixçilərin, mütəxəssislərin köməyi ilə layihənin yaradıcıları əsrarəngiz keçmişi araşdırmağa və əbədi suallara cavab tapmağa çalışıblar.

Layihə rəhbəri: Vüqar Xəlilov

14 yanvar, 19:00
YARAT Mərkəzi
Giriş sərbəstdir

“Qafqazın maddi mədəniyyət inciləri” silsiləsindən olan ilk filmə yanvarın 15-də CBC telekanalında Bakı vaxtı ilə saat 20:20 baxa bilərsiniz

______
“Артефакты Кавказа”

14 января в Центре современного искусства YARAT состоится показ серии документальных фильмов «Артефакты Кавказа» производства телеканала СВС, направленной на изучение тех или иных древних объектов, имеющих следы воздействия человека, археологических памятников, найденных в результате раскопок. Этот блок фильмов посвящен Азербайджану, который, является значимой частью Южного Кавказа. С помощью известных ученых, археологов, историков, экспертов мы постарались углубиться в таинственное прошлое и найти ответы на извечные вопросы.

Руководитель проекта: Вугар Халилов

14 января, 19:00
Центр YARAT
Вход свободный