Astaralı gəncin deputatlığa namizədliyi qeydə alınıb

0

Astaralı tanınmış gəncin deputatlığa namizədliyi qeydə alındı.
Gənclərin Sosial İnkişafına Dəstək ictimai birliyinin sədri Rövşən Bağırovun deputatlığa namizədliyi qeydə alınıb.
Rövşən Bağırov namizədliyini 77 saylı Astara seçki dairəsindən irəli sürüb.
Qeyd edək ki, Rövşən Bağırovun əsas rəqibi YAP-dan irəli sürülmüş həkim-deputat Rəşad Mahmudovdur.

Rövşən Bağırov, Astarada ilk gənclər təşkilatı olan Gənclərin Sosial İnkişafına Dəstək (GSİD) ictimai birliyini təsisçisi və sədridir.

Müəllim, təlimçi, ekspert, koordinator, layihə rəhbəri kimi fəaliyyət göstərmiş, gənclərlə bağlı onlarla maarifləndirici layihələr həyata keçirmişdir.

Rövşən Bağırov, Avropa Şurasının Siyasi Biliklər Proqramının məzunudur.

Avropa Şurasının İnsan Haqları Təhsili üzrə uzunmüddətli təlim kursunu bitirmişdir.

ABŞ Dövlət Departamentinin Beynəlxalq Liderlik proqramını bitirmiş və ABŞ Məzunlar Şəbəkəsinə daxil edilmişdir.