Dayanıqlı İnkişaf Məqsədləri və Gənclər Fəaliyyəti

0

Məqsədə Çat!” Dayanıqlı İnkişaf Məqsədləri Məktəbi çərçivəsində Gənclər Günü ilə əlaqədar “Dayanıqlı İnkişaf Məqsədləri və Gənclər Fəaliyyəti” mövzusunda Panel Müzakirə keçiriləcək.

Panel müzakirə iki hissədən ibarət olacaq:

Birinci hissə: Gənclərin DİM – lər üzrə fəaliyyəti və məqsədlərə doğru icra edilən təşəbbüslər üçün onların ehtiyacları mövzusunu əhatə edəcək.

İkinci hissə: BMT – nin Azərbaycanda DİM-lər üzrə icra etdiyi proqramlar, gənclərin həmin təşəbbüslərdə iştirakı və gənclərlə bağlı Qlobal Məqsədlərə çatmaq üçün gözləntilər mövzularını əhatə edəcək və İlkin Əliyev tərəfindən moderatorluq ediləcək.

Tədbirin Spikerləri BMT-nin müxtəlif qurumlarının nümayəndələri, Gənclər Təşkilatları təmsilçiləri və DİMlər üzrə fəaliyyət göstərən müxtəlif təşəbbüs icraçıları olacaqdır.

Tədbir 5 fevral saat 14:30-da Caspian Plazanın Konfrans zalında (III korpus, II mərtəbə) keçiriləcək.

Panelin hissələri arasında iştirakçılara çay fasiləsi və yüngül qəlyanaltı təqdim ediləcək.

Qeydiyyat mütləqdir və yerlər 50 nəfər ilə məhduddur.

https://forms.gle/VBQXKkMUUqesvbow5

Qeydiyyat üçün son tarix: 3 fevral saat 23:30