“Deməyə Sözüm Var” layihəsi üçün müraciət başladı

0

Baku IdeaLab, “Böyük Britaniyanın Konflikt, Sabitlik və Təhlükəsizlik Fondu”nun dəstəyi ilə həyata keçirilən “Öz Şəhərini Dəyiş” proqramı çərçivəsində “Deməyə Sözüm Var” layihəsi üçün müraciət başladı.

“Deməyə Sözüm Var” layihəsi cəmiyyətdə ənənəvi, qəlibləşmiş ifadələrin transformasiyasına nail olmaqla gender stereotiplərinin qırılmasına töhfə verməyi hədəfləyir. Layihə çərçivəsində Gender və Stereotiplər mövzusunda 2 günü əhatə edən təlim proqramı keçiriləcəkdir.Təlim sonrasında isə iştirakçıların öyrəndiklərini incəsənət vasitəsi ilə vizuallaşdırmağı planlaşdırılır. Yaradılan incəsənət nümunələri sərgidə nümayiş olunacaqdır. Layihədə 16 yaşdan yuxarı həvəskar və peşəkar rəssamlar, incəsənət və gender mövzularında maraqlı olan, yaradıcı düşünməyi sevən hər kəs iştirak edə bilər.

Müraciət linki:
https://surveyheart.com/form/5e2f37cd43d83b353d1d81ba

Təlimin keçirilmə tarixi: 14 və 15 fevral 2020
Saat: 10:00-14:00
Məkan: Baku IdeaLab (Nizami m/s, Caspian Plazanın III mərtəbəsi)

Qeyd:
– Yalnız ilkin mərhələdən uğurla keçmiş şəxslər müsahibəyə çağırılacaq;
-Layihədə iştirak tam ödənişsizdir və təlimlər Azərbaycan dilində keçiriləcək;
-Müraciətlər arasından yalnız 20 iştirakçı seçiləcək;
-Layihədə iştirakını uğurla başa vurmuş iştirakçılara sertifikat təqdim ediləcək;
-Təlim günləri dadlı “coffe break”lə təmin olunacaqdır.

Son müraciət tarixi: 07.02.2020

Layihə ilə bağlı hər hansısa sualınız yarandıqda, bizimlə aşağıdakı vasitələrlə əlaqə yaratmaqdan çəkinməyin:

Email: [email protected]

Telefon: +99450 630 55 71