“Uğurlu karyera könüllülükdən başlayır !” layihəsi çərçivəsində təlim kursu keçirilib

0

Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi, Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin tərəfdaşlığı ilə 11 Fevral 2020-ci il tarixdə Lənkəran Şəhər Gənclər Evində Gənclər Fondunun 13- qrant müsabiqəsinin qalibi olmuş “Uğurlu karyera könüllülükdən başlayır !” layihəsi çərçivəsində təlim kursu keçirilib.Tədbirdə Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin əməkdaşları, layihə rəhbəri Nilufər Mahmudzadə, Layihənin koordinatoru Elbəy Fətəliyev, Lənkəran Peşə Liseyi və müxtəlif təhsil müəssisələrində təhsil alan 33 nəfər ictimai-fəal gənc iştirak edirdi.
Tədbiri giriş sözü ilə açan Lənkəran Şəhər Gənclər və İdman idarəsinin rəisi Mikayıl Cəfərzadə tədbir iştirakçılarını idarə adından salamlayaraq bildirdi ki, 2020-ci il ölkədə cənab Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə “Könüllülər ili” elan olunub.O, həmçinin çıxışında gənclər üçün həyata keçirilən təlim və seminarların onların fərdi inkişafında rolundan danışaraq bildirdi ki, belə bir layihənin həyata keçirilməsi rayonda könüllülük hərəkatının inkişafına təkan verəcəkdir.
Daha sonra çıxış edən Layihə rəhbəri Nilufər Mahmudzadə Azərbaycan Respublikasının Gənclər Fondu, rəhbəri olduğu layihə haqqında ətraflı məlumat verməklə layihənin əsas məqsədinin gənc könüllülər vasitəsilə könüllülük hərəkatının daha geniş platformalarda təbliğ etmək olduğunu bildirdi. O həmçinin bildirdi ki, 2020-ci ilin ölkə Prezidenti İlham Əliyev tərəfindən “Könüllülər ili” elan olunması layihənin uğurlu gedişatına bir daha töhvə vermişdir.Daha sonra çıxış edən layihənin koordinatoru Elbəy Fətəliyev bildirdi ki, könüllülük hərəkatında gənclərin yaxından iştirak etməsi onların həm fərdi inkişafı, həm də vətəndaş cəmiyyətinin uğurla idarə olunması baxımdan olduqca əhəmiyyətlidir.Elbəy Fətəliyev həmçinin gənclərin könüllü olaraq bir sıra idarə və müəssisələrdə, eləcə də gənclər təşkilatlarında yaradılan könüllülük proqramlarına müraciət etmələrini tövsiyyə etdi.
Daha sonra təlimçi Rafət Şirəliyev könüllülük fəaliyyəti, könüllülüyün istiqamətləri, bu sahəni tənzimləyən qanunvericvilik bazası, könüllülük sahəsində yerli və beynəlxaq təcrübə haqqında gəncləri məlumatlandırdı.
Layihənin həyata keçiriməsində əsas məqsəd könüllülük fəaliyyətini gənclər arasında təbliğ etmək,layihədə iştirak edəcək gənclərin özlərinin vasitəsilə könüllülüyün daha geniş miqyasda təbliğatını aparmaq,gəncləri cəmiyyətin elmi, mədəni və sosial həyatında iştiraka və könüllü fəaliyyətlərə həvəsləndirməkdir. Təlimdə iştirak edən iştirakçılar sertifikatlarla təltif olunmuşdur.