Baku İdeaLab sizi “Sosial Media Vasitəsi ilə İcma Quruculuğu” təlim sessiasına dəvət edir

0

Baku İdeaLab sizi “Sosial Media Vasitəsi ilə İcma Quruculuğu” təlim sessiasına dəvət edir.

Artıq illərdir sosial media ən effektiv kommunikasiya vasitələrindən biridir. Məhsulları reklam etmək üçün sosial şəbəkələrdən yalnız communikasiya platforması kimi istifadə etmək əvəzinə, bir çox təşkilat və təşəbbüslər indi sosial mediadan icma quruculuğu üçün istifadə edirlər. Sosial media kanalları vasitəsi ilə icma quruculuğu təşkilatlara hdəf auditoriya ilə birbaşa əlaqə qurmaq və ünsiyyət qurmaq, markalara möhkəm fan bazası qurmağa və cəmiyyətlərini asanlıqla böyütməyə imkan verir.

“Sosial Media Vasitəsi ilə İcma Quruculuğu təlim sessiasına qoşularaq siz də sosial media vasitəsi ilə güclü və akriv icma qurmaq vasitələrini öyrənə bilərsiniz. Təlim sessiası zamanı iştirakçılar sosial mediada izləyiciləriniz ilə effektiv ünsiyyət qurmaq üçün istifadə edə biləcəkləri vasitə və resurslar haqqında məlumat əldə edəcəklər.

Təlim rəqəmsal texnologiyalar və sosial fəaliyyət sahəsində təcrübəsi İqar Mirzə tərəfindən keçiriləcək. İlqar Mirzə 2016-cı ildə Polşanın ən nüfuzlu universitetində 1 illik təhsil proqramında iştirak etmək üçün tam təqaüd qazanıb və proqramı uğurla başa vurub. Hazırda digital kommunikasiya istiqamətində faəliyyət göstərən Impler agentliyinin rəhbəridir.

Tarix: 27 Fevral, 2020
Saat: 18:30

İştirak üçün aşağıdakı qısa qeydiyyat formasını doldurmağınız xahiş olunur:
https://forms.gle/uuk5vpY5XvspC5vR6

Məkan: Baku Idea Lab, Caspian Plaza III, 3-cü mərtəbə.

Təlim ödənişsizdir!