Bakı I Media Forum

0

Mart ayının 18-də Bakı I Media Forumu keçiriləcək.

Forumun əsas mövzuları:
– Azərbaycanda xəbər istehlakı;
– Medianın vəziyyəti;
– Yeni trendlər və tətbiq olunan yeniliklər.

Tədbirdə bir çox media və PR mütəxəssisləri, biznes adamları, influenserlər və müxtəlif şirkətlərin nümayəndələri çıxış edəcəklər.

Forum INPRESS PR Solutions-un təşkilatçılığı ilə həyata keçirilir.

Forumun əsas məqsədi son illərdə sürətlə dəyişən media ənənələri və vasitələrinə diqqət çəkmək, yeni media alətlərinin ölkədə tətbiqini təşviq etmək, vətəndaşların xəbər istehlakı vərdişlərini müzakirə etmək və bu sahədə dünyanın qabaqcıl ölkələrində tətbiq olunan təcrübələri jurnalistlər, tələbələr, PR mütəxəssisləri və mövzuya maraqlı olan digər şəxslərlə bölüşməkdir.

QEYD: Tədbirdə iştirak etmək istəyənlər formu doldura bilərlər.
👉 https://forms.gle/BFSgfip4pQwxL2gV6

Instagramdakı kanalımız 👇
https://www.instagram.com/bakumediaforum/