Vakansiya: Kapital Bank – Satış kanalları şöbəsinin Birbaşa satışlar bölməsi

0

Kapital Bank namizədləri Pərakəndə satış departamentinin Satış kanalları şöbəsinin Birbaşa satışlar bölməsi üzrə Kiçik mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

 

Öhdəliklər

  • Bankla partnyor, qeyri-partnyor olan təşkilatlara vizitlərin edilməsi və potensial müştərilərlə görüşlərin təşkili;
  • Potensial müştərilərə bank məhsulları barədə təqdimatın keçirilməsi və müştəri tələbinin formalaşdırılması;
  • Bank məhsullarını əldə etmək istəyən potensial müştərilərin müəyyən edilməsi, ilkin təhlili, qiymətləndirilməsi və Bankın filiallarına yönləndirilməsi;
  • Bank məhsullarını əldə etmiş müştərilərin məmnuniyyət dərəcəsinin ölçülməsi və həmin müştərilər vasitəsilə digər potensial müştərilərə çıxış imkanlarının dəyərləndirilməsi;
  • Satış prosesi ilə bağlı müvafiq hesabatların aparılması və s.

 

 

Tələblər

  • Ali təhsil;
  • Məsuliyyətlilik;
  • Operativlik;
  • Qərar qəbuletmə bacarığı;
  • Kollektivdə işləmə bacarığı;
  • Müştərilərlə danışma qabiliyyəti;
  • Microsoft Office proqramları üzrə biliklər.

 

 

CV-lərinizi, mövzu hissəsində “Satış kanalları şöbəsinin Birbaşa satışlar bölməsi” qeyd etməklə [email protected] e-mail ünvanına göndərə bilərsiniz.