Rabitəbankda vakansiya: Satışa Dəstək Departamenti / Mütəxəssis

0

Satışa Dəstək Departamentində Mütəxəssis vakansiyası.

 

Ölkənin ən iri banklarından biri olan Rabitəbank ASC Sizə uğurlu karyera qurmaq, şəxsi inkişafınıza peşəkar komandada nail olmaq imkanı yaradır. Rabitəbank öyrənməyə meyilli olan, pozitiv, işinə yaradıcı yanaşan şəxslərin axtarışındadır.

 

VƏZİFƏ ÖHDƏLİKLƏRİ:

– Fondlara göndərilən müştəriyə aid maliyyə hesabatlarının düzgünlüyünü yoxlayır, tələb olunduqda düzəlişlərin edilməsini təmin etmək;

– Hesabatların düzgün tərtib olunması üçün zəruri təkliflər verilməsi və aidiyyatı əməkdaşlara təlimlərin keçirilməsi;

– Fəaliyyəti barədə departamentin fondlar üzrə səlahiyyətlisinə həftəlik hesabat təqdim etmək;

– Struktur qarşısında qoyulan hədəflərin tələb olunan vaxtda və keyfiyyətdə icra edilməsi, digər əməkdaşların peşəkarlıq səviyyəsinin artırılması istiqamətində əməli işlər görmək.

 

 

VƏZİFƏYƏ OLAN TƏLƏBLƏR:

 

– Ali iqtisadi təhsil

– Ünsiyyətqurma qabiliyyəti;

– Komanda tərkibində işləmə bacarığı;

– Təşəbbüskarlıq, operativlik və detallara qarşı diqqətlilik;

– MS Excel proqramında işləmə bacarığı;

– Biznes kreditləşməsi sahəsində ən azı 1 illik iş təcrübəsi.

 

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini  [email protected] elektron ünvanına göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Satışa Dəstək – Mütəxəssis” göstərməyiniz xahiş olunur.

ƏLAQƏ VASİTƏLƏRİ:

E-mail: [email protected]

Telefon: (012) 598 44 88

Ünvan: Bakı şəhəri, AZ 1010, 28 May küçəsi 33