“Muzey – XXI əsrdə. Klassikliklə interaktivliyin nisbəti problemləri” adlı beynəlxalq elmi konfrans

0

Hörmətli həmkarlar!

Azərbaycanın ilk və ən böyük muzeyi, təməli 1920-ci ildə qoyulmuş Milli Azərbaycan Tarixi Muzeyi bu il özünün 100 illik yubileyini qeyd edəcəkdir. Azərbaycanın milli-mədəni irsini toplayaraq tədqiq və təbliğ edən Milli Azərbaycan Tarixi Muzeyi Azərbaycan Milli Elmlər Akademiyasının aparıcı elmi-tədqiqat mərkəzlərindən biri kimi həm də muzeyşünaslıq, vətən tarixi, arxeologiya, etnoqrafiya, numizmatika üzrə yüksək ixtisaslı kadrlar hazırlayan bir müəssisədir.

21 oktyabr 2020-ci ildə Bakıda, Milli Azərbaycan Tarixi Muzeyində “Muzey – XXI əsrdə. Klassikliklə interaktivliyin nisbəti problemləri” adlı beynəlxalq elmi konfrans keçiriləcəkdir. Bu münasibətlə Sizi konfransa dəvət edir və yubiley mərasimlərini bizimlə bölüşməyinizi arzu edirik. Milli Azərbaycan Tarixi Muzeyinin 100 illiyinə həsr olunmuş tədbirlər çərçivəsində sərgilərin və yeni ekspozisiyanın açılışı da planlaşdırılır.

Konfransın mövzuları:

Klassiklikdən interaktivliyə: Muzeylərin “gizli” həyatı

  • Klassik muzeylərdə yüksək texnologiyaların tətbiqi: Dünya muzeylərinin təcrübəsi;
  • Muzey ekspozisiyası 2020-2030-cu illərdə. Tendensiyalar və perspektivlər;
  • Gələcəyin sərgiləri: VR (Virtual Reallıq) və AR (Artırılmış Reallıq) texnologiyalarının geniş tətbiqi uğura zəmanətdirmi.

Klassiklikdən interaktivliyə: Kəmiyyət və keyfiyyət

  • Muzeydə təşkil olunmuş elmi-kütləvi tədbirlərdə iştirak mədəniyyəti dünən və bu gün;
  • Əlçatan muzey – fiziki qüsurlu şəxslərin Muzey mühitinə inteqrasiyası. Muzey inkluziv məkan kimi;
  • Muzey, istirahət məkanı kimi.

Klassiklikdən interaktivliyə: Məqsədli kapital

  • Passiv müşahidədən aktiv iştiraka, uşaqlar və gənclər üçün interaktiv proqramlar;
  • Əyləncə ilə təlim: mif ya reallıq.

Klassiklikdən interaktivliyə: Muzey menecmenti

  • Muzeyə əlavə gəlir mənbələrini cəlbetmə yolları;
  • Muzeydə müasir tendensiyalar – onlayn layihələr, sosial şəbəkələrlə iş;
  • Müasir PR menecerin vasitə və metodları;
  • Muzeyin mağazası – muzeyin inkişaf strategiyasının bir hissəsi kimi.
  • Konfransda iştirak etmək üçün tezislər və anket (https://bit.ly/39j7GWv) 19 iyun 2020-ci il tarixinədək [email protected][email protected] e-poçt ünvanlarına göndərilməlidir.
  • Tezislərin qəbul edilməsi haqında məlumat 01 iyul 2020-ci il tarixində elan olunacaq.
  • Məruzələr ciddi redaktə olunduqdan sonra 15 sentyabr 2020-ci il tarixinədək Təşkilat komitəsinə göndərilməlidir.
  • Xarici ölkələrdən gələn iştirakçıların Bakıda qalma və yemək xərclərini qəbul edən tərəf öz üzərinə götürür. Bakıya gəlmə və getmə xərcləri iştirakçıların hesabınadır.

Tezislərin tərtibatına dair tələblər:

  • Tezislərin əvvəlində müəllifin soyadı, adı, elmi dərəcəsi (əgər varsa), iş yeri və vəzifəsi, əlaqə telefonları, elektron poçtunun ünvanı göstərilməlidir.
  • Tezislər azərbaycan, ingilis və rus dillərində təqdim oluna bilər.
  • Mətnin həcmi (A4) – 1-1,5 səhifəyədək.
  • Şrift – Times New Roman, 14, sətirlərarası interval – 1,5.

Məruzələrin tərtibatına dair tələblər:

  • Məruzənin əvvəlində müəllifin soyadı, adı, elmi dərəcəsi (əgər varsa), iş yeri və vəzifəsi, əlaqə telefonları, elektron poçtunun ünvanı göstərilməlidir.
  • Müəllifin adı və soyadı, məruzənin adı kursivlə (İtalic) göstərilməlidir.
  • Məruzələr azərbaycan, ingilis və rus dillərində təqdim oluna bilər.
  • Mətnin həcmi – 10 səhifəyədək.
  • Şrift – Times New Roman, 14, sətirlərarası interval – 1,5.
  • İsnadlar – hər səhifənin sonunda. Şrift – Times New Roman, 12, sətirlərarası interval – 1.

 

  • Təşkilat komitəsi məruzələrin seçilməsi, mətndə düzəlişlərin edilməsi (ümumi məzmununu dəyişmədən) və ya məruzələrin geri qaytarılması hüququnu özündə saxlayır.

 

  • Konfransda çıxışın reqlamenti 15 dəqiqədir.
  • Çıxışlar Azərbaycan, ingilis və rus dillərində ola bilər (tərcümə təmin olunur).

 

Təşkilat komitəsinin koordinatları:

Azərbaycan Respublikası, Bakı, 1005, H.Z.Tağıyev küçəsi, 4, Milli Azərbaycan Tarixi Muzeyi.

 

Telefon: +99412 5981741; +99412 4932387

Faks: +99412 5985211

E-poçt: [email protected]

Əlaqələndirici şəxs: Emin Dadaşov