Koronavirus abituriyentlərə mane ola bilməz! – Dərs Evi!

0

Ölkənin təhsil müəssisələri bir həftədir ki, dondurulub! Və bu da imtahan dövründə baş verir! On birinci sinif şagirdləri üçün vacib olan buraxılış imtahanına bir aydan da az vaxt qalıb və abituriyentlər hazırlığın son günlərindən məhrum qalıblar!

Amma Dərs Evinin şagirdlərindən başqa! On birinci siniflər üçün imtahanlara hazırlıq vebinar formatında davam etdirildi. Bu format çərçivəsində hər bir şagird evdən məsafəli olaraq dərsə qoşuldu, müəllim isə videokamera vasitəsilə dərs aparıb tapşırıqları təhlil edirdi. Bu cür dərslər şagirdlərə öz dəyərli vaxtlarını itirmədən və sağlamlıqlarını təhlükə altına atmadan imtahana hazırlıqlarını təmin etdi! Abituriyentlərin buraxılış imtahanına hazırlığı təkcə innovativ mərkəzin uşaqları üçün deyil, həm də bütün on birinci sinif şagirdləri üçün əlçatandır!

Bundan əlavə, Dərs Evi 8-9-10-cu sinif şagirdləri üçün Riyaziyyat, Ana dili, İngilis dili fənləri üzrə tamamilə pulsuz onlayn dərslərə start verib.

Eyni zamanda Dərs Evi öz internet səhifəsində 8-9-cu sinif şagirdləri üçün onlayn sınaq imtahanlarına start verib ki, dərslərin təxirə salındığı müddət ərzində onlar öz biliklərini yoxlaya bilsinlər.

https://www.dersevi.az/sinaqlar/

Bu cür dərslər yeni tədris ilindən etibarən abituriyentlər üçün ölkədə ilk dəfə qarışıq hazırlıq sisteminin (onlay və sinifdə) tətbiq edilməsini planlaşdıran bu innovativ təhsil mərkəzi üçün təsadüfi deyil.

Yeni E-Ders sistem daha yüksək davamiyyət səviyyəsini, o cümlədən valideynlər üçün abituriyentlərin tədrisi üzərində nəzarət sistemini təmin edəcək.