Yaradıcı şəxslər üçün faydalı resurslar (saytlar)

0

Biznes, karyera və informasiya almaq haqqında məsləhətləri özündə birləşdirən və yaradıcı şəxslərə bu mövzu haqqında daha çox məlumat əldə etməyə kömək edə biləcək veb saytları bir yerdə.

ARTSY SHARK

artsyshark.com

Bu saytda incəsənət sahəsində biznesə dair yüzlərə məqalə var. Siz burada marketinq və satış üzrə məsləhətlər, kreativ fikirlər, ideyalar və sahibkarlıq bacarıqlarının inkişafına dair imkanlar barədə məlumatlar ala bilərsiniz.

ARTWORK ARCHIVE

artworkarchive.com

Burada siz karyera inkişafı haqqında məsləhətlərlə dolu art-bloq və həmçinin bütün dunya üzrə imkanları özündə birləşdirən bölməni görə bilərsiniz.

ARTMAZE MAG

creativefounders.com/art-websites-aspiring-artist

Art Maze Magazine müasir cəmiyyət və onun mühitini əks etdirən, müzakirə və fəaliyyətlərə çağırış edən, eksperimental və mütərəqqi müasir incəsənətin nümayiş və tanıtımına həsr olunmuş müstəqil dərgidir. Burada siz müxtəlif faydalı müsahibələrlə də tanış ola bilərsiniz.

CREATIVE FOUNDERS

creativefounders.com

Burada siz öz art-biznesinizi internetdə necə inkişaf etdirmək haqqında, art-marketinq üzrə bələdçi və digər imkanlar haqqında məlumatlar əldə edə bilərsiniz.

CREATIVE BOOM

creativeboom.com

İncəsənət, reklam, kino, qrafik dizayn, illustrasiya və fotoşəkillərə həsr olunmuş bu veb saytda ən yeni alətlər və kitablar yerləşdirilib. Bundan əlavə, yaradıcı karyeranızın hər mərhələsində sizə kömək edə biləcək ən parlaq və ən yaradıcı insanlarla müsahibələr və əvəzolunmaz məsləhətlər ilə tanış ola bilərsiniz.

CREATE! MAGAZINE

createmagazine.com

Bu nəşr sənətkarlar və yaradıcı sahibkarlar üçündür. Əsas məqsədi dünyanın hər tərəfindən olan yaradıcı inasanların yeni, unikal işlərin tanıtımını həyata keçirməkdir. Hər buraxılışı müasir incəsənət, dizayn və ilhamverici hekayələrlə doludur.

Mənbə: culturepartnership.eu