“MİNNƏTDARIQ” adlı RESPUBLİKA RƏSM MÜSABİQƏSİ

0
“MİNNƏTDARIQ” adlı RESPUBLİKA RƏSM MÜSABİQƏSİNƏ əsərlərin qəbulu
davam edir.
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı,
Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə rəssamlıq
istedadına malik olan uşaqlar, yeniyetmə və gənc rəssamların yaradıcılığında COVİD-19
pandemiyası zamanı səhiyyə işçilərinin, hüquq mühafizə orqanlarının əməkdaşlarının və
Azərbaycan polisinin göstərdiyi çoxsaylı fədakarlıq nümunələrinin təsviri sənət əsərləri
vasitəsi ilə təbliği və tərənnümü, milli həmrəylik, milli birlik duyğularını və insanların
bədii zövqünü inkişaf etdirmək, rəssamların yaradıcılığını stimullaşdırmaq, doğma
Vətənə məhəbbət hisslərini aşılamaq məqsədi ilə “MİNNƏTDARIQ” adlı RESPUBLİKA
RƏSM MÜSABİQƏSİ elan olunur:
Müsabiqədə iştirak etmək üçün uşaqlar, yeniyetmələr və 30 yaşa qədər gənc
rəssamlar www.xsm.az saytında tədbirlər bölümündəki “Minnətdarıq” afişasına
toxunmaqla və ya ( http://xsm.az/site/minnetdariq/ ) linkinə daxil olub 1 və ya 2 əsərinin
fotosunu daxil etməklə göstərilən anketi doldurmağınız tələb olunur.
Qeydiyyat 2020-ci il may ayının 15-dək aparılacaq.
Seçim 3 yaş kateqoriyası üzrə keçiriləcək və 3 hər yaş kateqoriyasına ayrıca sərgi
keçiriləcək: 5-12 yaş, 12-17 yaş və 17-30 yaş;
Ən çox duyğu və düşüncələr ilə işlənmiş əsərləri seçiləcək;
Seçim zamanı kənar (müəllim, valideyn) müdaxiləsiz işlərə üstünlük veriləcək;
Müəllifin yaşı nəzərə alınmaqla düzgün kompozisiya, rəng seçimi və ideya əsas
götürüləcək;
Təşkilatçılar öncə sərgilənməmiş – yeni əsərlərin yaradılmasını tövsiyə edir;
Festivalda Azərbaycanda yaşayan xarici ölkə vətəndaşları da iştirak edə bilər;
Unutmayın ki, bu bir məşğuliyyət növüdür!
May ayının 20-dən sonra əsərləri sərgidə nümayiş olunmaq üçün seçilmiş müəlliflərin
siyahısını və tədbirin davamı haqda əlavə məlumatları Azərbaycan Dövlət Rəsm
Qalereyasının www.azgallery.az saytından, facebook və instagram səhifələrindn,
həmçinin Xətai Sənət Mərkəzinin www.xsm.az saytının elanlar bölümündən, facebook və
instagram səhifələrindən izləyə bilərsiniz.
Sərgidə nümayiş üçün seçilən işlərin müəllifləri diplomla və fəal tədris mərkəzləri
(dərnək, incəsənət məktəbi və s.) təşəkkürnamə ilə təltif olunacaq və hər yaş qrupu
üzrə qaliblər elan olunacaq, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən
mükafatlandırılacaq (mükafat fondundan qanunvericiliklə müəyyən olunan vergi və
digər tutulmalar çıxılacaqdır).
Mükafatlandırma fondu:
17-30 yaş üçün
I yer (1 nəfər) – 1500 manat
II yer (1 nəfər) –1000 manat
III yer (1 nəfər) –500 manat
Həvəsləndirici mükafat (5 nəfər) – 300 manat
12-17 yaş arası üçün
I yer (1 nəfər) –molbert
II yer (1 nəfər) –24-lü akril dəsti+ masa üstü molbert
III yer (1 nəfər) – 24-lü sulu boya dəsti
Həvəsləndirici mükafat (10 nəfər) – 12-li quaş dəsti
5-12 yaş arası üçün
I yer (1 nəfər) –planşetli molbert
II yer (1 nəfər) –24-lü sulu boya dəsti
III yer (1 nəfər) –24-lü quaş dəsti
Həvəsləndirici mükafat (10 nəfər) – 12-li akril dəsti
Sərgi Xətai Sənət Mərkəzində keçiriləcəkdir.

Qeyd: Müsabiqə və sərginin gündəliyi “COVİD-19” infeksiyası ilə bağlı tətbiq olunan
sosial izolyasiya tədbirləri yuxarıda göstərilən tarixlərədək aradan qaldırılarsa adi
qaydada, əks təqdirdə onlayn şəkildə İnternet üzərindən davam etdiriləcəkdir.