“Azərbaycanın Qarabağ diyarı rəssamların gözü ilə” rəsm müsabiqəsi

0
Özbəkistanda “Azərbaycanın Qarabağ diyarı rəssamların
gözü ilə” rəsm müsabiqəsi elan olundu
Cari ilin fevral ayında Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan
Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə “Qarabağ – Azərbaycan mədəniyyətinin
beşiyi” adlı mədəniyyət layihəsinə start verilib.
Sözügedən layihə çərçivəsində Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan
Mədəniyyət Mərkəzi “Azərbaycanın Qarabağ diyarı rəssamların gözü ilə” adlı
rəsm müsabiqəsini elan edib.
Müsabiqə Azərbaycan Respublikasının İsmayıllı regional Mədəniyyət İdarəsi və
Xətai Sənət Mərkəzi ilə birlikdə keçirilir.
“Azərbaycanın Qarabağ diyarı rəssamların gözü ilə” adlı rəsm müsabiqəsinin
əsas məqsədi Özbəkistan və Azərbaycanın rəssamlıq istedadına malik olan
yeniyetmə və gənc rəssamların evdə qaldıqları müddətdə səmərəli vaxt
keçirərək gözəl sənət əsərləri yaratmalarına sövq etmək, onların fəaliyyətini
stimullaşdırmaq, Azərbaycan, türk mədəniyyətini təbliğ etmək,  dostluq və
qardaşlıq bağlarının daha da dərinləşdirməkdir.
Müsabiqədə ən çox duyğu və düşüncələrlə işlənmiş, ideya və mənaya malik,
habelə Qarabağda Azərbaycan xalqının yaratdığı zəngin mədəniyyət, ədəbiyyat,
bölgənin özəlliyi və tarixinin daha geniş əks etdirilən rəsm əsərlərinə üstünlük
veriləcəkdir. Seçim zamanı kənar (müəllim, valideyn) müdaxiləsiz işlərə xüsusi
önəm veriləcəkdir.
Rəsm müsabiqəsində Özbəkistan və Azərbaycanın yeniyetmə və gənc
rəssamları (14 yaşdan yuxarı)  iştirak edə bilərlər.
Təqdim olunan rəsm əsərlərinə xüsusi Münsiflər heyəti qiymət verəcəkdir ki,
buraya Azərbaycan və Özbəkistanın tanınmış rəssamları daxil edilib.
Müsabiqəyə 2020-ci il aprel ayının 24-dən start veriləcək, müsabiqə əsasən 14-
30  yaş  kateqoriyası üzrə keçiriləcəkdir.
Cari il 15 iyun tarixində yekun vurulacaq müsabiqəyə rəsmlərin fotoları, habelə
əsəri çəkən rəssamın şəxsiyyətini təsdiq edən sənəd – pasportunun surəti və
özü haqqında məlumat (əlaqə nömrələri, email) Daşkənd şəhərində fəaliyyət
göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin elektron poçtuna göndərilməlidir
Rəsm əsərlərinin orginalı isə Özbəkistan tərəfdən Özbəkistandakı Heydər Əliyev
adına Azərbaycan Mədəniyyət Mərkəzinə (Daşkənd şəhəri Mirabad rayonu,
Heydər Əliyev küçəsi 9, +998 71 293 50 92, 293) ünvanına, Azərbaycan
tərəfdən isə Bakı şəhərindəki Xətai Sənət Mərkəzinə (Bakı şəhəri, Xocalı küçəsi
62, AZ1025, (+994) 12 490 84 51/52/53) göndərilməsi zəruridir.
Hər iki ölkədən 5 ən yaxşı iş seçiləcək və qaliblərə Özbəkistandakı Heydər Əliyev
adına Azərbaycan Mədəniyyət Mərkəzinin, Azərbaycan Respublikasının İsmayıllı
regional Mədəniyyət İdarəsinin pul mükafatları, habelə Fəxri diplomları təqdim
olunacaqdır.
Müsabiqə üçün göndərilən bütün  rəsm əsərlərinin Azərbaycan və Özbəkistanda
sərgi salonlarında təqdimatı keçiriləcək, habelə sözügedən əsərlər
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi
ilə bu ölkədə müxtəlif ali məktəblərdə, mədəniyyət müəssisələrində yaradılmış
Azərbaycan ocaqlarına daimi olaraq hədiyyə ediləcəkdir.
Bundan başqa müsabiqəyə təqdim olunmuş rəsm əsərləri və onlar haqqında
məlumat, fotoşəkil Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət
Mərkəzinin saytında və Vikipediya Elektron ensiklopediyasında yaradılacaq
səhifədə yerləşdiriləcəkdir.
Müsabiqənin digər şərtləri haqqında əlavə məlumat Azərbaycan Mədəniyyət
veriləcəkdir.