Rabitəbankda yeni vakansiya: Mikrokreditlər Strukturunun Rəhbəri

0

Mikrokreditlər Strukturunun Rəhbəri vakansiyası.

 

Ölkənin ən iri banklarından biri olan Rabitəbank ASC Sizə uğurlu karyera qurmaq, şəxsi inkişafınıza peşəkar komandada nail olmaq imkanı yaradır. Rabitəbank öyrənməyə meyilli olan, pozitiv, işinə yaradıcı yanaşan şəxslərin axtarışındadır.

 

VƏZİFƏ ÖHDƏLİKLƏRİ:

– Mikrokredit biznesinin inkişafını təmin etmək;

– Mikrokredit üzrə büdcə hədəflərinin yerinə yetirilməsini təmin etmək;

– Mikrokredit məhsullarının satışının artırılması üçün lazımi tədbirlər həyata keçirtmək;

– Yeni mikrokredit məhsullarının yaradılmasını təmin etmək;

– Mikrokredit portfelinin keyfiyyətinə nəzarət etmək, keyfiyyətin yaxşılaşdırılması və yüksək səviyyədə saxlanılması üçün təkliflər hazırlamaq;

– Mikrokredit sahəsində mütəxəssislərin yetişdirilməsi prosesində yaxından iştirak etmək.

 

VƏZİFƏYƏ OLAN TƏLƏBLƏR:

– Ali təhsil (iqtisadiyyat və biznesin idarə olunması üzrə olması arzuolunandır);

– Bu və yaxud oxşar sahələrdə azı 5 il, rəhbər vəzifələrdə azı 2 il iş təcrübəsi;

– Analitik düşüncə qabiliyyəti;

– Yüksək idarəetmə və liderlik qabiliyyəti;

– Yüksək kommunikasiya və təqdim etmə bacarığı;

– Təşəbbüskarlıq və yeni ideyalara açıq olmaq;

– Yüksək komanda ruhunu təmin etmək bacarığı.

 

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini  [email protected] elektron ünvanına göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Mikrokreditlər Struktur rəhbəri” göstərməyiniz xahiş olunur.

ƏLAQƏ VASİTƏLƏRİ:

E-mail: [email protected]

Telefon: (012) 598 44 88

Ünvan: Bakı şəhəri, AZ 1010, 28 May küçəsi 33