Torpaq biomüxtəlifliyi mövzusunda foto və video müsabiqə – Mükafat 500 $

0

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və onun Qlobal Torpaq Tərəfdaşlığı proqramı Qlobal Simpozium çərçivəsində torpaq biomüxtəlifliyi (Soil Biodiversity) mövzusunda foto və video müsabiqə elan edib.

AZƏRTAC xəbər verir ki, qaliblər 500 ABŞ dolları məbləğində mükafat qazanacaq.

Müsabiqə iki əsas kateqoriyaya bölünür. Hər iki kateqoriya üzrə iştirakçılar mikroskop yaxud istənilən cihazla çəkilmiş yüksəkkeyfiyyətli şəkillər və ya qısa videolar, yavaşladılmış çəkilişlər təqdim edə bilərlər.

Hər kateqoriya üzrə 5 seçilmiş finalçıya əlavə mükafatlar veriləcək. Onlar müxtəlif hədiyyələr, sertifikatlar əldə edəcək və onların işləri çap olunaraq Topraq Biomüxtəlifliyi mövzusunda Qlobal Simpozium zamanı FAO-nun foyesində, eləcə də BMT/FAO-nun internet və sosial media səhifələrində nümayiş olunacaq və müsabiqənin qaliblərinə həsr ediləcək xüsusi məqalədə yerləşdiriləcəkdir.

Müraciət etmək üçün iştirakçılar əvvəlcə qeydiyyat formasını doldurmalıdır. Materiallar iyunun 30-dək [email protected] elektron ünvanına göndərilməlidir.

Müraciətçilər foto/video işlər üzərində müəlliflik hüququna sahib olmalı və müəllifin özü tərəfindən çəkilməlidir. İşlər müsabiqədən qabaq istənilən tarixdə çəkilmiş ola bilər.

Əlavə məlumatı fao.org saytından əldə etmək olar.