Beynəlxalq Olimpiada «Lomonosov adına turnir» ilk dəfə Bakıda!

0
«Lomonosov adına turnir» Beynəlxalq Olimpiadası riyaziyyat, fizika, astronomiya və Yer haqqında elmlər, kimya, biologiya, tarix, dilçilik, ədəbiyyat fənnləri üzrə hər il keçirilən çox mövzulu olimpiadadır.
Ölkəmizdə keçirilən turnirdə Azərbaycan və Rus bölmələrində təhsil alan 6-11-ci sinif şagirdləri riyaziyyat, kimya və fizika fənləri üzrə iştirak edə bilərlər. Tapşırıqlar onlayn formatda yerinə yetiriləcək.
Lomonosov adına turnirin əsas üstünlüklərindən biri – qaliblərinə Rusiya
Federasiyasının ali təhsil müəssisələrində güzəştli təhsil almaq imkanı verməsidir.
Birinci tur iyun ayının 5-də Dərs Evi TIIM-in dəstəyi ilə keçiriləcək. Hər iki
bölmədən ən yüksək bal toplayan şagirdlər sponsorlardan hədiyyələr və mükafatlar qazanacaqlar. Mükafatlandırma mərasimi 19 (20) iyun tarixi üçün planlaşdırılır.
Turnirin ikinci mərhələsi 2020-ci ilin sentyabr ayında nəzərdə tutulur,
sonuncu mərhələ isə 2021-ci ildə Moskva şəhərində keçiriləcəkdir.
Finalın qalibləri beynəlxalq sertifikat, hədiyyələrlə təltif olunacaqlar və
Rusiya Federasiyasının ali təhsil müəssisələrində güzəştli təhsil almaq imkanı əldə edəcəklər.
Iştirak üçün qeydiyyat mütləqdir: