Covid-19. Təhsilin dönüş nöqtəsi Beynəlxalq onlayn-konfrans

0

Konfransın tarixi 9 iyun 14:00-18:00

Dünya maarifçilərinin pandemiya dövründə yaşadığı, öyrəndiyi təcrübələri paylaşmaq, təhsil

mütəxəssislərinə dəstək olmaq, onlara tədris sahəsində son yeniliklər barədə məlumat vermək və maarifçiləri vahid forum şəkilində bir araya toplamaq məqsədilə Dərs Evi “Covid-19 təhsilin dönüş nöqtəsi” adlı beynəlxalq onlayn konfransı təşkil edir!

Odur ki, təhsil sahəsinə aidiyyatı olan hər bir kəs konfransda iştirakçı olmağa dəvətlidir.

Konfransın mövzusu:
– karantin zamanı nələr öyrəndik
– təhsil sahəsində yeni tendensiyalar
– Covid-19-un təhsil tendensiyalarına təsiri.
Spikerlər:
Mixail Myaqkov, Rusiya Federasiyası.
«Kütləvi onlayn təhsil: böhran ya imkan?»
Murad Qalleb, Tunis.
“E-tədris təcrübəsi”.
Evgeni Miroşniçenko. Ukrayna.
“Özünüinkişaf. Repetitorluq. Miroməktəb”
Ülviyyə Mikayılova. Azərbaycan
«Onlayn dərs zamanı refleksiya və dərsinidarə edilməsi».
Şantal Nabe, Fransa
“Sabahın təhsili nədir?” panel müzakirəsi.
Pavel Belorusskiy, Azərbaycan

“Sabahın təhsili nədir?” panel müzakirəsi.

Konfransı Azərbaycan dilində dinləmək üçün buraya keçid alın