Logistika Akademiyası 2020 – Yay Təcrübə Proqaramı

0

Logistika Akademiyası 2020

2019-cu ildən etibarən başlayan və sonuncu kurs, magistr tələbələri və məzunların real iş mühitində təcrübə qazanması məqsədi ilə “166 Logistika Akademiyası” yay təcrübə proqramı 2020-ci il üçün müraciətləri açıq elan edir.

İlk dəfə 2019-cu ildə keçirilən “166 Logistika Akademiyası” yay təcrübə proqramına 1500+ müraciət qeydə alınmışdır. Bu müraciətlərdən bütün mərhələləri uğurla keçən 45 nəfər yay təcrübə proqramına qəbul olunmuş və 14 şəxs hazırda “166 Yükdaşıma və Logistika” şirkətinin daxilində müxtəlif departamentlərdə fəaliyyət göstərirlər.

Logistika Akademiyası 2020 müraciət şərtləri

Təhsil: Bakalavr sonuncu kurs, magistr səviyyəsi üzrə təhsil alan və ya yeni məzun olmuş şəxslər

Qeyd olunan sahələr üzrə real iş təcrübəsi qazanmaq istəyən və yuxarıdakı tələblərə cavab verən hər bir şəxs müraciət edə bilər:

-Marketinq və Biznesin İnkişafı,
-Qrafik Dizayn,
-E-kommersiya,
-Data Analitikası,
-İnsan Resursları,
-Hüquq,
-Maliyyə,
-Mühasibatlıq,
-Korporativ Əməliyyatlar,
-Çağrı Mərkəzi,
-Korporativ Satış,
-Nəqliyyatın İdarə Olunması,
-İT.

Müraciət etmək üçün [email protected] ünvanına CV-ni mövzu yerinə “Təcrübə keçmək istədiyiniz sahənin adını” (məsələn,”Marketinq və Biznesin İnkişafı”) yazın və göndərin. Təcrübə proqramı iştirakçılarına şirkət tərəfindən ödəniş nəzərdə tutulur. Sənədlərin son qəbul tarixi: 21.06.2020

Təcrübə proqramının başlanma tarixi: 06.07.2020

Təcrübə proqramının bitmə tarixi: 04.09.2020