Abituriyentlərin nəzərinə!: Təcrübəli ekspertlərin bütün qəbul imtahanı fənləri üzrə mühazirələri! – 111 videomühazirə!

0

Abituriyentlərin nəzərinə!

DİM Koronavirus (COVID-19) ilə bağlı ölkədə tətbiq edilən xüsusi karantin rejimini nəzərə alaraq abituriyentlərə dəstək məqsədilə Mərkəzin “Youtube” kanalında təcrübəli ekspertlərin bütün qəbul imtahanı fənləri üzrə mühazirələrini yerləşdirib

Məlum olduğu kimi, Dövlət İmtahan Mərkəzi Koronavirus (COVID-19) ilə bağlı ölkədə tətbiq edilən xüsusi karantin rejimini nəzərə alaraq abituriyentlərə dəstək məqsədilə DİM-in “Youtube” kanalında təcrübəli ekspertlərin bütün qəbul imtahanı fənləri üzrə mühazirələrini yerləşdirir.

Portala Azərbaycan dili, ədəbiyyat, tarix, coğrafiya, русскый язык, riyaziyyat, fizika, kimya, biologiya fənləri üzrə ümumilikdə 111 videomühazirə yerləşdirilib.  Videomühazirələrin yerləşdirilməsi bundan sonra da davam edəcək.

Mühazirələr qəbul proqramlarını tam əhatə etməklə, təqdim olunmuş nəzəri materialların tətbiqinə dair test tapşırıqları ilə də təchiz edilib. Videomühazirələrə buradan baxa bilərsiniz.

Videolar