“MİNNƏTDARIQ” adlı RESPUBLİKA RƏSM MÜSABİQƏSİNİN onlayn sərgisi açıldı

0

“MİNNƏTDARIQ” adlı RESPUBLİKA RƏSM MÜSABİQƏSİNİN onlayn sərgisi açıldı.

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə rəssamlıq istedadına malik olan uşaqların, yeniyetmə və gənc rəssamların yaradıcılığında COVİD-19 pandemiyası zamanı səhiyyə işçilərinin, hüquq mühafizə orqanlarının əməkdaşlarının və Azərbaycan polisinin göstərdiyi çoxsaylı fədakarlıq nümunələrinin təsviri sənət əsərləri vasitəsi ilə təbliği və tərənnümü, milli həmrəylik, milli birlik duyğularını və insanların bədii zövqünü inkişaf etdirmək, rəssamların yaradıcılığını stimullaşdırmaq, doğma Vətənə məhəbbət hisslərini aşılamaq məqsədi ilə elan olan “MİNNƏTDARIQ” adlı Respublika Rəsm Müsabiqəsinin onlayn yekun sərgisi keçirilmişdir.

(https://www.facebook.com/ADRQalereya.az/videos/595677631065610/)

Müsabiqəyə respublikanın əksər şəhər və rayonlarından 3 yaş qrupu üzrə ümumilikdə 600-ə yaxın müəllifin 650 işi təqdim olunmuşdur.

Təqdim olunan əsərlərin təhlili göstərdi ki, uşaqlar, yeniyetmələr və gənc rəssamlar COVİD-19 pandemiyasının təsirlərini, Azərbaycan həkimlərinin, polisin və digər hüquq mühafizə orqanları əməkdaşlarının fədakarlığını, dövlətin öz xalqının sağlamlığına göstərdiyi qayğını, birlik və həmrəyliyi özünəməxsus tərzdə təsvir etməyi bacardılar.

Müsabiqənin pul mükafatına layiq görülənlərdən bir daha xahiş olunur ki, bank rekvizitləri və şəxsiyyət vəsiqələrinin surətini 2020-ci il iyun ayının 25-dək Mədəniyyət Nazirliyinə (əlaqə telefonu: 012493-93-85) və ya Azərbaycan Dövlət Rəsm Qalereyasının elekron poçt ünvanına ([email protected]) göndərsinlər.

Müsabiqənin yekunlarına görə müəyyən olunmuş hədiyyələri və diplomları əldə etmək üçün Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi sosial izolyasiya tədbirlərinin şərtlərinə əməl etməklə (qoruyucu maskalardan, dezinfeksiya edici maddələrdən istifadə və sosial məsafə saxlamaq) Xətai Sənət Mərkəzinə yaxınlaşaraq, 2020-ci il iyun ayının 18-dən etibarən (bazar və bayram günləri istisna olmaqla) iyun ayının sonunadək hər gün saat 10:00-dan 18:00-dək əldə edə bilərlər.