İxtisas Seçimi ilə bağlı Valideynlər üçün Ödənişsiz Layihə

0

Dəyərli Dostlar,

İxtisas.az olaraq valideynlərin faydalanması üçün “Xalxın valideyni” layihəsinə start veririk💪

Ali və orta ixtisaslı məktəblərə qəbul imtahanı prosesində valideynlər də bu dövrdə ən azı övladları qədər gərgin və həyəcanlı olurlar.  Həmçinin övladının seçimlərinə kömək edir və ya seçimi özləri edirlər.

Layihənin məqsədi valideynlər üçün psixoloji yönümlü vebinarlar təşkil etmək, onların gərginliyini, həyəcanı azaltmaq və ixtisas seçimi prosesində övladlarının istəkləri ilə hərəkət etməyin nə qədər uğurlu olduğunu aşılamaqdır.

Layihə çərçivəsində ilk vebinar  Toğrul Ələkbərov və Ceyhun Cabbarovun təqdimatında “Peşəsiz diplomlular” mövzusunda baş tutacaq.

Yalnız 40 nəfər Valideyn layihədən yararlana biləcəkdir.

Əziz valideynlər, əgər layihəmizdə iştirak etmək istəyirsinizsə, qeydiyyatdan keçməyə tələsin😍

Qeydiyyat üçün link: https://bit.ly/2NlxwQl
Son müraciət tarixi: 30 iyun 2020