Şagirdlərin “Ordumuza dəstək” layihəsi

0

 

Son dönəmlərdə baş verən,mənfur düşmən təxribatının önünün alınması yönündə öz canını sipər edən oğullarımızın şəhid olması həm qürür verdi həmdə bizi sarsıtdı. Ölkə vətəndaşları bu məsələlərə biganə qala bilmədiyindən hərə öz imkanı daxilində vətəni üçün addımlar atdı. Bu addımların sırasında illərini müəlliməliyə vermiş 3 ibtidai sinif müəllimələri (Babayeva Şəfa,Mirzəyeva Şəbnəəm,Şükürova Natavan) əzm ruhlu şagirdləri ilə ordumuza dəstək üçün bir layihəyə imza atdılar. 5 yaşdan 12 yaşa qədər şagirdlərin hər biri özünə şəhid və qazi adını verərək video çarx üçün ekran qabağına çıxdılar. Bununla bərabər təqdimatdan sonra Şeron qrupunun “Torpağın səsi” mahnısını səs yazma studiyasında imkan daxilində səsləndirərək birlik nümayiş etdirdilər. Videoçarxa nəzər yetirəndə həqiqətəndə uşaqların ürəklə öz vətəninin şəhid və qazilərinə necə dəyər verdikləri açıq aşkar görünür. Bu timsalla bütün şagirdlərin bu ruhda tərbiyələndirilməsi və marifləndirilməsi olduqca müsbət haldır. Layihənin ərsəyə gəlməsi 10 gün çəkib. 40 dan çox şagird studiya şəraitində məşqlər edərək ordumuza dəstəyi sevə sevə nümayiş etdiriblər.