“Xarici ölkələrdə milli dəyərlərimizi necə təbliğ etməliyik” adlı ikinci onlayn seminar keçirilib

0

28 iyul tarixində Binəqədi Gənclər evidən olan iştirakçılar tərəfindən həyata keçirilən „Milli Dəyərlərimiz“ təşəbbüsü çərçivəsində “Xarici ölkələrdə milli dəyərlərimizi necə təbliğ etməliyik” adlı ikinci onlayn seminar keçirilib.
Nigeriyada Azərbaycanın Dostları Təşkilatının rəhbəri Billurə Bayramova-Bernardın spiker olduğu seminarda milli dəyərlərimizin qorunması, milli musiqimiz və mətbəximizin ölkə xaricində düzğün təbliğatı mövzusunda müzakirə aparılmışdır. Eyni zamanda müzakirə zamanı iştirakçıları maraqlandıran suallar cavablandırılmış və mövzu üzrə onların fikirləri dinlənilmişdir.

Bu təşəbbüs UNİCEF-in “Azərbaycan Hökuməti və BMT-nin birgə gənclər üçün xidmətlər təşəbbüsü” proqramı çərçivəsində Konstitusiya Araşdırmalar Fondu və Education HUB tərəfindən icra olunan “Yarat, inkişaf et, töhfə ver” layihəsi çərçivəsində həyata keçirilir. Layihənin maliyyə dəstəkçisi Avropa İttifaqı, dövlət tərəfdaşları isə Gənclər və İdman Nazirliyi və Azərbaycan Respublikası Gənclər Fondudur.