Dərs Evi karantin müddətində maddi zərər çəkən ailələrə xüsusi təklif edir – 1 dərs 7 manatdan!

0

Ölkədə karantinin elan edildiyi 2-ci gündən (5 mart tarixindən) Dərs Evində onlayn dərslərə start verildi. Ümumilikdə bu günə kimi 5000-ə yaxın vebinar keçirilib və bunun nəticəsi kimi şagirdlərimiz buraxılış və qəbul imtahanlarını uğurla başa vura biliblər.

 

Pandemiya şəraitində ölkədə təhsilin inkişafına dəstək olmaq məqsədi ilə Gilan Holding Dərs Evi Təhsildə İnkişaf və İnnovasiyalar Mərkəzinə qrant ayırıb! Beləliklə, Dərs Evi qrant vəsaitindən istifadə edərək karantin müddətində maddi zərər çəkmiş ailələrin övladları üçün 1 dərsi 7 manatdan başlayan qiymətlə təklif edir!

 

Bu qiymətin daxilində şagirdlər aşağıdakı xidmətlərdən yararlana biləcəklər:

  • E-Dərs onlayn tədris platformasının bütün imkanlarından istifadə;
  • Dərs Evinin yenilənmiş tədris materialları;
  • Bütün tədris ili ərzində sınaq imtahanları;
  • E-Dərs onlayn platformasında şagirdlər və valideynlər üçün müvəffəqiyyət haqqında tam hesabat;
  • Valideynlər üçün əlavə seminarlar və vebinarlar;
  • 11-ci sinif şagirdləri üçün tələbə olacaqlarına yazılı zəmanət;
  • 11-ci siniflər üçün DİM buraxılış və qəbul imtahanlarına qeydiyyat prosesində və ixtisas seçimində köməklik.

 

Dərs Evi həm canlı, həm də onlayn dərs formatını birləşdirən “qarışıq” təhsil modelini tətbiq edir. Bütün dərslər E-dərs sistemində keçirilir və qeydə alınır, şagird istədiyi vaxt dərsin videosunu yenidən izləyə bilir.

 

Vaxta qənaət, ev tapşırıqlarının tez və rahat yoxlanılması, müəllim ilə birbaşa ünsiyyət E-dərs onlayn tədris sisteminin güclü tərəflərindəndir. Bu sistem valideynlər üçün də çox rahatdır. Onlar övladlarının tədrisdə irəliləyişini izləyə və davamiyyətlərini nəzarətdə saxlaya bilərlər.

Sistemimiz sınaq imtahanları və video dərslər daxil olmaqla sonuncu hazırlığa kimi düşünülərək hazırlanıb!

 

Hazırlıq kurslarımızın məzunları ölkənin ADA, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı (MDU Bakı filialı), Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Bakı Ali Neft Məktəbi (BANM), Azərbaycan-Fransız Universiteti (UFAZ), Bakı Dövlət Universiteti (BDU), Azərbaycan Dövlət İqtisad Universiteti (ADIU), Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) kimi ən yaxşı ali məktəblərində təhsil alırlar.