Rəssam Fəxrəddin Qəhrəmanlının ustad dərsi keçiriləcək

0

“Xəzərin dalğaları” adlı I Bakı Beynəlxalq Suluboya festivalı çərçivəsində rəssam Fəxrəddin Qəhrəmanlının ustad dərsi keçiriləcək.

 

Azərbaycan Respublikası  Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası, İWS Globe – Beynəlxalq Suluboya Cəmiyyətinin Azərbaycan nümayəndəliyi (İWS Azerbaijan) və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “Könüllülər ili” çərçivəsində  “Xəzərin dalğaları” adlı I Bakı Beynəlxalq suluboya festivalına start verilib. Festival çərçivəsində akvarel texnikasında işləyən Azərbaycanın tanınmış rəssamlarının ustad dərsləri keçiriləcək.

 

Festivalın növbəti ustad dərsi  avqust ayının 28-də,  saat 12:00-da “Zoom” proqramı üzərindən rəssam Fəxrəddin Qəhrəmanlının iştirakı ilə baş tutacaq.

 

Xatırladaq ki, festival suluboya (akvarel) texnikası ilə çəkilmiş əsərlərə marağı artırmaq, həmçinin təsviri sənətin bu istiqamətində çalışan rəssamların yaradıcılığında Azərbaycanın təbiəti, tarixi abidələri, mədəniyyətini, həmçinin müasir inkişafını dünyaya göstərmək məqsədilə keçirilir.

 

Festival çərçivəsində rəssam Fəxrəddin Qəhrəmanlının ustad dərsi onlayn şəkildə “Zoom” üzərindən həyəta keçiriləcək.

 

Ustad dərsini Xətai Sənət Mərkəzinin  (+994) 12 490 84 51/52/53, (+994) 50 564 40 70 nömrələri  ilə əlaqə saxlayıb qeydiyyatdan keçərək “Zoom” proqramı üzərindən canlı yayım vasitəsilə izləmək mümükündür.

Sənətsevərlər ustad dərsini Azərbaycan Dövlət Rəsm Qalereyasının və Xətai Sənət Mərkəzinin sosial media (facebook, instagram) hesabları vasitəsilə də izləyə bilərlər.

 

http://azgallery.az/az/announce/137

https://xsm.az/site/