Virtual Təcrübə Proqramı 2020 – Özgün Yapı

0

Özgün Yapı Sanayi ve Ticaret A.Ş.-nin Azərbaycan Respublikasındakı Filialı tələbələri və yeni məzunları “Virtual Təcrübə Proqramı” adlı onlayn təcrübə proqramına dəvət edir!

Virtual Təcrübə Proqramının məqsədi gənclərə mövcud olan məhdud şəraitdə öz ixtisasları və ya digər sahələr üzrə interaktiv təcrübə qazanmaq imkanı yaratmaq, gələcək kariyeralarında müvəffəqiyyətə nail olmalarını təmin edəcək bacarıqları və özgüvəni inkişaf etdirmələrinə yardım etmək, cəmiyyətdə ixtisaslı kadrların formalaşmasına dəstək olmaqdır.

Aşağıdakı bölümlər üzrə təcrübə keçmək istəyən tələbə və yeni məzunlar müraciət edə bilərlər:
● İnformasiya Texnologiyaları
● İnsan Resursları
● Mühasibatlıq
● Satınalma

Təcrübəçilərə tələblər:
– Ali təhsil müəssisə tələbələri və ya yeni məzun olmuş şəxslər;
– Ünsiyyət qurma bacarığı;
– Komandada işləmə bacarığı;
– Daim öyrənmək həvəsi;
– İş təcrübəsi tələb olunmur;
– Bakı şəhərindən kənarda yaşayan və internet təminatı yaxşı olan gənclərə üstünlük veriləcəkdir.

Proqramın müddəti: 4 – 6 həftə.
Namizədlər onlayn müsahibə əsasında seçiləcək.
Müraciət üçün son tarix: 15.09.2020

Ətraflı məlumat və qeydiyyat üçün: http://vtp.bayburtgrup.az