“Qızını Oxut” layihəsi çərçivəsində vebinar keçirilib

0

5 sentyabr 2020-ci il tarixində layihə iştirakçısı İlahə Əhlimanovanın moderatorluğu ilə “Qızını Oxut” layihəsi çərçivəsində vebinar keçirilib. Vebinarda pedaqoq Samirə Həsənova və psixoloq Ruhəngiz Əhmədova təlimçi kimi çıxış etmişdir. Vebinarda 30-dan çox valideyn iştirak etmişdir.

Xəzər Gənclər Evi/ Khazar Youth Center-dan olan iştirakçılar tərəfindən həyata keçirilən “Qızını Oxut” adlı sosial təşəbbüsün məqsədi təhsilin qızlar üçün əhəmiyyətinin və vacibliyinin cəmiyyətdə düzgün tənzimlənməsinə dəstək olmaqdır.

Vebinarda aşağıdakı mövzulara toxunulmuşdur:
– Təhsilin qızların həyatındakı əhəmiyyəti və vacib rolu. Günümüzün ən aktual problemi olan erkən nigah hallarının cəmiyyətə mənfi təsiri.
– Valideynlərin bu istiqamətdə qız övladlarının təhsilinə düzgün yanaşma tərzi.
– Bütün bu faktorların psixoloji təsirləri.

Müzakirə zamanı iştirakçıları maraqlandıran suallar pedaqoq və psixoloq tərəfindən cavablandırılıb. Həmçinin, vebinarda iştirak edən valideynlərə sertifikatlar da verilib.

Qeyd edək ki, bu təşəbbüs Unicef Azerbaijanın “Azərbaycan Hökuməti və BMT-nin birgə gənclər üçün xidmətlər təşəbbüsü” proqramı çərçivəsində Konstitusiya Araşdırmalar Fondu və Education HUB tərəfindən icra olunan “Yarat, inkişaf et, töhfə ver” layihəsi çərçivəsində həyata keçirilir. Layihənin maliyyə dəstəkçisi Delegation of the European Union to Azerbaijan, dövlət tərəfdaşları isə Gənclər və İdman Nazirliyi və Azərbaycan Respublikası Gənclər Fondudur.