“Yol hərəkəti qaydalarını öyrənək və öyrədək” adlı layihəyə start verilir – Ödənişsiz Təlimlər!

0

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Bakı Nəqliyyat Agentliyi ilə birgə təşkil etdiyi qrant müsabiqəsi çərçivəsində Azərbaycan Könüllülər İctimai Birliyi tərəfindən “Yol hərəkəti qaydalarını öyrənək və öyrədək” layihəsinə start verilir.

Layihənin icrasının başlıca məqsədi gənclərin yol hərəkəti qaydalarına dair bilik və bacarıqlarının artırılması, onlara təhlükəsiz davranış vərdişlərinin aşılanması, intellektual idarəetmə sistemi haqqında ətraflı məlumat verərək bu istiqamətdə nəzəri və praktiki biliklərin verilməsi, cəmiyyətdə sürücülük mədəniyyətinin səviyyəsini yüksəltmək və yol təhlükəsizliyin təmin olunmasında məlumatlılığın artırılmasından ibarətdir.

Layihə çərçivəsində layihəyə cəlb olunacaq təcrübəli ekspert və təlimçilər tərəfindən seçilmiş 20 gənc iştirakçıya 12 dərs proqramına uyğun olaraq aşağıda qeyd olunan mövzular üzrə onlayn təlimlər keçiriləcəkdir:

 

·       Əsas anlayışlar, yol nişanları

·       Yol nişanları, nişanlama xəttləri

·       Yol işlərində istifadə olunan işarələr, NV-lərinin tanınma nişanları, Nizamlayıcının siqnalları

·       Svetaforun siqnalları, NV-lərin üstün hərəkət rejimi ilə hərəkəti. Xüsusi siqnalların tətbiqi. Hərəkətə başlama manevr etmə

·       NV-lərin yolun hərəkəti hissəsində yerləşməsi, hərəkət sürəti

·       Ötmə və qarşılıqlı keçmə. Dayanma. Durma. Parklama

·       Piyada keçidləri, yolayrıcıların keçilməsi. Nizamlanan yollar

·       Nizamlanmayan yolayrıcılar. Avtomagistralda hərəkət. Dəmiryol keçidlərində hərəkət

·       Yaşayış zonalarında hərəkət. Sürmə təlimi. NV-lərdə səs siqnallarından və xarici işıq cihazlarından istifadə edilməsi

·       Nasaz NV-lərin yedəyə alınması, adamların daşınması, yüklərin daşınması

·       İctimai Nəqliyyatdan istifadə qaydaları. Sanitar qaydaların qorunması. Məsafələrin saxlanılması

Təlimlərin sonunda iştirakçılardan imtahan götürüləcək.

Layihənin sonunda layihədə aktiv iştirak edən gənclərə layihədə iştirak etdikləri üçün diplom və şəhadətnamələr təqdim olunacaqdır.

İştirak üçün müraciət:

16-29 yaş arası şəxslər layihədə iştirak üçün müraciət hüququna malikdir. Layihə iştirakçıları seçim əsasında müəyyən olunacaqdır.

İştirak üçün müraciət etmək istəyənlər 11 sentyabr 2020-ci il tarixinə qədər aşağıdakı ərizə formasını tam dolduraraq müraciət edə bilərlər.

 

Mob : 0553911521
Email: [email protected]

Qeydiyyat linki  https://forms.gle/tTc9LJr3L71LjUNW8